Ədliyyə Nazirliyində insan resurslarının idarə olunması sahəsində yeni yanaşmalar müzakirə olunub
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 14-də dövlət qulluğunda idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “İnsan resurslarının idarə olunmasında situativ liderlik modeli və idarəetmə maneələri” mövzusunda onlayn təlim keçirilib.
XQ xəbər verir ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na uyğun təşkil olunub. Təlimin məqsədi dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin idarəetmə və insan resurslarının idarə olunması sahəsində müasir yanaşmalarla tanışlığı və praktiki bacarıqlarının artırılmasıdır.
Peşəkar təlimçi Şahin Qədimlinin təqdimatında keçən sessiyada Nazirliyin insan resursları üzrə qurumlarında çalışan rəhbər şəxslər və əməkdaşlar olmaqla 50 nəfər iştirak edib.
Təlim çərçivəsində situativ liderlik modeli, idarəetmə maneələri və insan resurslarının inkişafında tətbiq olunan müasir metodologiyalar müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Yanvar 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















