Icma.az
close
up
RU
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR Deputat

Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR Deputat

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər bir sıra icra hakimiyyətlərində aparılan ixtisarlar və struktur sadələşdirmələri diqqət çəkir. Məlumata görə, təxminən 10-a yaxın icra hakimiyyətində aparatın optimallaşdırılması həyata keçirilib və bu, əsasən büdcə yükünün azaldılması ilə əlaqələndirilir.

Mövzu ilə bağlı deputat Elşad Musayev Sitat.info-ya açıqlama verib. O, icra orqanlarında gedən prosesləri ümumi idarəetmə islahatları kontekstində dəyərləndirib. Deputat yerli idarəetmə və bələdiyyələrin səlahiyyətləri ilə bağlı da fikirlərini bildirib.

Elşad Musayev qeyd edib ki, icra hakimiyyətlərində gedən ixtisarlar ümumi icra orqanlarında aparılan islahatlarla bağlıdır: "Biz icra hakimiyyətlərində çoxlu adamların işləməsinin tərəfdarı deyilik, ixtisarlar olmalıdır. Azərbaycan idarəetmə formasına görə prezidentli respublikadır. Yerlərdə idarəçililə bağlı ümumiyyətlə müxtəlif təkliflər var. Ölkənin böyük vilayətlərə bölünüb, idarə olunması var. Söhbət prezidentin xüsusi nümayəndəliyindən gedir. Əsasnaməyə baxsanız görərsiniz ki, prezidentin xüsusi nümayəndəsinin əsasnaməsi icra hakimiyyətlərindəki əsasnamə ilə təqribən uyğun gəlir.Cənab prezident tərəfindən o strukturlar müəyyən ərazilər üçün yaradılıb. Oərazilərə yeni bir baxış tələb olunur, yenidənqurma nəzərdə tutulub. Hesab etmirəm ki, bütün ərazilərdə xüsusi nümayəndəlik yaranacaq. Bu islahatlar isə indiki dövr üçün bir optimal addım kimi nəzərdə tutulub”.

Deputat bildirdi ki, yerli idarəçilik çox vacib sahədir: “Yerli idarəçilik dünyanın hər yerində çox vacib sahədir. Ölkədə sabitliyi qorumağa çalışırıqsa, yerlərdə idarəçilik forması səmərəli işləməlidir. Ən demokratik idarəetmə orqanı bələdiyyələrdir, ona görə  bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir. Misal üçün, bələdiyyələrin əlindən zibil yığmağı almışıq. Əslində baxanda bunun üçün ayrıca orqan yaratmağa nə ehtiyac var? Reklam məslələri, parkinq məsələsi bələdiyyələrə verilə bilər. İndi bələdiyyə adicə parkinq qura bilmir. Başa düşürəm ki, indiyə qədər bələdiyyələrin fəaliyyəti qənaətbəxş olmayıb. Çünki işləyənlərin özləri də belə fikirləşiblər ki, torpaq satmaqla məşğul olmalıdırlar. Onların səlahiyyətlərinin çoxu götürülüb. Sadəcə olaraq bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan yaxşı nəzarət etməlidir ki, əlavə problem yaranmasın. Ali icra hakimiyyətinin təmsilçisi də burada bir növ valilik qismində çıxış etməlidir”.

Məğrur Salmanov, 

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sitat.info
archiveBu xəbər 22 Aprel 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri