Icma.az
close
up
RU
Bir sıra dövlət və təhsil müəssisələrinin bölgələrə köçürülməsi bölgələrin inkişafına təkan verəcək Vüqar Bayramov

Bir sıra dövlət və təhsil müəssisələrinin bölgələrə köçürülməsi bölgələrin inkişafına təkan verəcək Vüqar Bayramov

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Dünyada sürətlə gedən inkişaf bir sıra yeni problemləri də ortaya çıxarır”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O əlavə edib ki, bunlara urbanizasiya, əhali sıxlığının artması, iri şəhərlərə kütləvi məskunlaşma, ərzaq qıtlığı kimi məsələlər daxildir:

“Bu problemlər artıq təkcə inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda Azərbaycan kimi inkişafda olan ölkələrdə də hiss olunur. Xüsusilə paytaxt Bakı bu problemlərlə daha çox üz-üzədir. Əhalinin durmadan artması, avtomobillərin çoxalması, yaşayış evlərinə və ərzağa olan tələbatın artması şəhərin infrastrukturuna ciddi təzyiq yaradır. Bakı şəhərində əhali sıxlığı ölkə üzrə orta göstəricidən 10 dəfə çoxdur. Nəticədə nəqliyyat sıxlığı, hava çirkliliyi, yaşıl zonaların azalması və tullantıların idarə olunmasında çətinliklər yaşanır. Eyni zamanda, iqlim dəyişikliyi, şəhərləşmə və torpaq deqradasiyası ərzaq təhlükəsizliyi sahəsində də ciddi narahatlıqlar doğurur. Qlobal miqyasda ərzaq istehsalı kifayət qədər olsa da, bu kimi amillər ərzaq çatışmazlığına səbəb olur.  Problemlərin həlli üçün Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planı hazırlanıb”. 
Deputat əlavə edib ki, bu plan çərçivəsində 122 min yaşayış binasının sökülməsi və şəhərin infrastrukturunun yenidən qurulması nəzərdə tutulur:
“Eyni zamanda, ətraf mühitin qorunması, ictimai nəqliyyatın inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda Bakı şəhərinin qarşısında duran bu problemlər təkcə şəhər səviyyəsində deyil, milli və qlobal səviyyədə də diqqət tələb edən mühüm məsələlərdir. Daha çox bölgələrlə çalışan dövlət qurumlarının mərhələli şəkildə paytaxtdan köçürülməsi mümkün ola bilər. Bu zaman həmin qurumların funksionallığı nəzərə alınmalıdır. Bir sıra dövlət və təhsil müəssisələrinin bölgələrə köçürülməsi həmin bölgələrin inkişafına təkan verəcək”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri