Birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi mübadilə edilib
Icma.az, Marja.az saytına istinadən bildirir.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
“Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb.
Marja xəbər verir ki, Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.
Həmçinin“Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 21 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















