Icma.az
close
up
RU
Bizim texnologiyalı həyatımız...

Bizim texnologiyalı həyatımız...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onsuz da internet, onun ardınca sosial şəbəkələr həyatımıza daxil olandan hər şey dəyişməyə başladı. Yəni heç nə əvvəlki kimi deyil artıq. Nə valideynlər əvvəlki valideyndir, nə uşaqlar, nə də ki, cəmiyyət. Həsrətlə gözlədiyimiz texnologiyanın inkişafı bu imiş, deməli. Bir vaxtlar “texnologiya gündən-günə inkişaf edəcək, bu isə insanların həyatını asanlaşdıracaq, işini yüngülləşdirəcək, intellektini artıracaq” kimi xəbərləri eşidəndə sevinirdik, bu səbəbdən də o inkişafı əziz qonağımız kimi gözləyirdik. Ta nə bilərdik ki, həmin inkişaf nələrlə nəticələnəcək...

Əsas söhbətimizə gələnə qədər onların bir neçəsini xatırlayaq. Məsələn, paltaryuyan, qabyuyan, ətçəkən maşınlar həyatımıza daxil oldu-olmadı, bütün qadınlar xəstə oldular, həddindən artıq çəki almağa başladılar. Yəni qadınlarımızın fiziki hərəkəti bu yeniliklərlə əllərindən alındı və onlar passivləşməyə başladılar, artıq nə qab, nə paltar yudular, əti asanlıqla çəkdilər. Nəticədə isə hərəkətsizlikdən xəstə oldular və ya inanılmaz çəki almağa başladılar. Daha sonra kompüterlər, smartfonlar meydana gəldi. Gəlişləri ilə də həyatımızı dəyişdirdilər. İnsanlar günün çox saatını kompüter qarşısında keçirməyə başladı. Uşaqların gəzinti, açıq havada oyun saatlarını kompüter qarşısında əyləşib şiddət təlqin edən oyunlar oynamaları əvəz etdi. Bir də baxdıq ki, övladlarımızın əksəriyyətində göz problemi yaranıb. Belə olanda üz tutduq həkimə, gözlük yazdırdıq, onların gözünə taxdıq. Söhbət indi küçədə hər addımda bir gördüyümüz eynəkli uşaqlardan gedir... Elə ki, ailədə 4-6 nəfərin hər birində telefon oldu, hər kəs öz telefonunu əlinə alıb başını aşağı dikdi. Bir də baxdıq ki, biz ünsiyyət nədir, aylardır, ondan uzağıq. Beləliklə, ata uşağın, ana ümumi ailənin qayğısından uzaqlaşdı, uşağın dərsləri zəiflədi, gözləri də üstəlik.

Neçə-neçə ailə smartfonların qurbanı oldu. Ər-arvad münasibətlərini smartfonlar alt-üst etdi. Neçə-neçə ailələr dağıldı bu yeni texnologiya ucbatından... Sonra həyatımıza çərşənbədə bir, şənbədə bir sosial şəbəkələr daxil olmağa başladı. Biz nə etdik? Bu sosial şəbəkələrin yaxşı tərəflərindən çox mənfi tərəflərindən istifadə etməyə başladıq. Bir də baxdıq ki, vay, biz bizlikdən çıxırıq axı. Geyimimiz, rəftarımız dəyişdi, saçımızın rəngi dəyişdi, corabımızın birini bir rəng, o birini başqa rəng geyinməyə başladıq. Yeni dəblər həyatımıza daxil oldu. Bir qarış ətəklər, şortlar, köynəklər bədənimizin elə bircə qarışını örtüb qalan hissəni bayırda qoydu. Bəzən ictimai yerlərdə hərəkətlərimiz də bizimki olmamağa başladı...

Gəldik çıxdıq “Tiktok”a. Artıq “Tiktok” dövründə elə bir məqamdayıq ki, uşaqlı-böyüklü hamımızın əlində telefon var, hamımız istədiyimiz sosial şəbəkədəyik. Məhz elə bu vəziyyət həyəcan təbilinin çalınma vaxtını hələ xeyli də gecikdirdiyimizi göstərir. “Tiktok” uşaq-yeniyetmə və gənclərimiz üçün böyük təhlükə qaynağıdır. Böyük həyəcanla o təbili çalmaq, valideynləri övladlarına nəzarət etməyə çağırıram. Bu sosial şəbəkədə bizim milli mentalitetimizə, əxlaqımıza zidd, hansısa dairələrin marağına xidmət edən qızışdırıcı videolar var. İstəmədiyin, maraqlanmadığın təqdirdə qarşına çıxan çağırılmamış qonaqlar var burada. Sən dostunun, rəfiqənin, həmkarının, iş yoldaşının göndərdiyi hansısa bir videoya baxmaq istəyərkən özünü araya salan əxlaqsız videolar var.

Bunları bizim övladlarımız nə üçün görməlidirlər? Bizim körpə balalarımız nə üçün hansısa bir təbliğatın qurbanı olmalıdır. Bizim 12-14 yaşlı yeniyetmə uşaqlarımız nə üçün bu səhnələrlə qarşılaşmalıdır? Bizim gənclərimizin gözləri nə üçün bu əxlaqsızlıqları görməli, qulaqları bu təbliğatları eşitməlidir? Axı bütün bunlar bizim cəmiyyətimizə, ailə dəyərlərimizə, mənəvi keyfiyyətlərimizə uyğun deyil.

Biz nə etməliyik? Yalnız və yalnız övladlarımızı maarifləndirməli, onlar arasında təbliğat aparmalıyıq. Onları qarşılıqlı anlaşma şəklində belə şəbəkələrdən uşaq tutmalıyıq. Azyaşlı övladlarımızın əlinə telefon verməməliyik. Onlar hansısa bir cizgi filminə baxanda belə özünü araya salan videolar var. Biz qədim ənənələri, mentaliteti, dəyərləri olan bir xalqıq. Bütün bunları isə nəsillərdən-nəsillərə ötürən insanlarımız olub. Biz o insanların davamçıları olmarıqsa, bizi nə tarix, nə də zaman bağışlamaz. Belə isə özümüz üçün artıq gecdir, heç olmasa, övladlarımızla söhbət aparaq, onlara nəzarət edək, bizim olmayanlardan, bizə aid olmayanlardan, bizi bizdən alanlardan uzaq tutaq. Başqa çarə yoxdur.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 May 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri