Icma.az
close
up
RU
BMT: Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir

BMT: Fransa Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə komitənin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanlarının Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq etməsi nəticəsində bir neçə nəfər ölüb, yüzlərlə insan yaralanıb, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da olub.

"Komitə Yeni Kaledoniyada konstitusiyaya təklif olunan dəyişikliyə qarşı etirazların başladığı 2024-cü ilin may ayından bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və nəticədə bir neçə nəfərin ölməsi ilə əlaqədar dərindən narahatdır", - qurumdan bildirilib.

BMT-də qeyd olunub ki, Fransa, həmçinin, xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədində məcburi şəkildə geri qaytarır və sığınacaq prosedurlarına çıxışını məhdudlaşdırır. Fransa hakimiyyəti bu cür hərəkətlərlə insanların həyatına laqeyd münasibət nümayiş etdirir.

"Bundan başqa, komitə Fransanı miqrantları layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində və Mayotda sığınacaq axtaranlar və qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırıb", - bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Fransa vətəndaşlarının dinc toplaşmaq hüququnun pozulmasından son dərəcə narahatlığını ifadə edən komitə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığını göstərib, həmçinin Fələstin xalqının dəstəklənməsi də daxil olmaqla nümayişlərin keçirilməsinə qoyulan qadağaların sayının artmasına diqqət çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sitat.info
archiveBu xəbər 08 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri