Icma.az
close
up
RU
BMT nin Baş katibi ABŞ İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

BMT nin Baş katibi ABŞ İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

BMT-nin Baş katibi Pakistana rəsmi səfəri zamanı ABŞ ilə İran arasındakı müharibəyə və onun qlobal ticarətə vurduğu zərbəyə son qoyulması çağırışı edib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Antonio Quterreş paytaxt İslamabadda jurnalistlərə bildirib: “İslamabaddan bütün tərəflərə aydın və qəti bir mesaj çatdırmaq istəyirəm. Münaqişəyə son qoyun. Diplomatiyaya qayıdın. Beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik hüquq və azadlıqlarını tam bərpa edin”.

Baş katib ABŞ ilə İran arasında dialoq üçün şəraitin yaradılmasında göstərdiyi liderliyə görə Pakistan hökumətinə təşəkkür edib: “Sizin səyləriniz 17 iyun tarixli İslamabad Anlaşma Memorandumunun, ardınca əldə edilən atəşkəsin və gələcək danışıqlar üçün çərçivənin formalaşdırılmasına töhfə verdi. Hər bir pakistanlı bu həlledici rola görə fəxr etməlidir”.

Daha geniş məsələlərə toxunan A. Quterreş bildirib: “Pakistan uzun müddətdir müdafiə etdiyi kimi, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ tam təmin olunmayana qədər regionda heç vaxt sülh bərqərar olmayacaq". O, dialoq və əməkdaşlığa əsaslanan regional sülh və rifaha dair ümidlərini ifadə edib.

Baş katib Pakistanı “həmrəylik və həll yolları mənbəyi” olduğuna görə təqdir edib. Bu ölkə onilliklər ərzində münaqişə və qeyri-sabitlikdən qaçan milyonlarla əfqana sığınacaq verib. A. Quterreş qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün BMT-nin Pakistanla əməkdaşlıq öhdəliyini vurğulayıb. O, həmçinin Pakistanın son iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdiyini xatırladıb. “Dünyada parçalanma və etimadsızlığın artdığı bir dövrdə Pakistan çoxtərəflilik, dialoq, vasitəçilik və diplomatiyanın dəyərini önə çıxardı”, - deyə o bildirib.

A. Quterreş əlavə edib ki, Pakistan, həmçinin BMT-nin sülhməramlı fəaliyyətinə ən uzunmüddətli və böyük töhfə verən ölkələr sırasındadır. O, sülh naminə xidmətdə həyatını itirmiş 180-dən çox pakistanlı sülhməramlının xatirəsini ehtiramla yad edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri