Icma.az
close
up
RU
BMT rəsmisi: 2030 cu ilədək dünyada təqribən 351 milyon qadın və qız ifrat yoxsulluq riski altında olacaq

BMT rəsmisi: 2030 cu ilədək dünyada təqribən 351 milyon qadın və qız ifrat yoxsulluq riski altında olacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

BMT Baş katibinin müavini Əminə Məhəmməd Çində keçirilən qadın hüquqları sammitində beynəlxalq müqavilə olan əlamətdar Pekin Bəyannaməsinin qəbul edilməsindən 30 il sonra qadın haqları və gender bərabərliyi ilə bağlı vəziyyəti şərh edib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, xanım Məhəmməd Çin və BMT-nin birgə ev sahibliyi etdiyi Qadınlar üzrə Qlobal Liderlərin Görüşündə çıxış edib. Bu görüş Pekin Bəyannaməsinin razılaşdırıldığı 1995-ci ildə Qadınlara dair IV Ümumdünya Konfransının ruhunu yenidən canlandırmaq, həmçinin qlobal gender bərabərliyi və qadınların inkişafını inkişaf etdirmək məqsədi daşıyır.

BMT Baş katibinin müavini bildirib ki, son 30 il ərzində əldə edilən irəliləyişlərə baxmayaraq, bu sahədə dəyişiklik tempi yavaş olub: BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (DESA) sentyabr ayında açıqladığı hesabatda gender bərabərliyi hədəflərinin heç birinin yolunda getmədiyi və təqribən 708 milyon qadının ödənişsiz uşağa qulluq nəticəsində əmək bazarından kənarlaşdırıldığı barədə xəbərdarlıq edilib. 2030-cu ildə isə 351 milyon qadın və qız ifrat yoxsulluq içində qalma riski altındadır. “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərimizə çatmaq üçün son tarixə cəmi beş il qalır” -deyən xanım Məhəmməd bəyan edib: “Artıq 30 il əvvəl verdiyimiz sözü yerinə yetirmək üçün vaxtımız daralır”.

Ə.Məhəmməd xatırladıb ki, qadınların səlahiyyətlərinin artırılması, o cümlədən onların təhlükəsizlik, təhsil, səhiyyə və tam siyasi iştirak hüquqları milli vizyon və planların mərkəzində olmalıdır. Onun sözlərinə görə, gender bərabərliyinin inkişafı üçün maliyyə imperativi var: “BMT-nin araşdırmaları göstərir ki, qadın və qızların keyfiyyətli təhsili və rəqəmsal bacarıqlara yiyələnməsi təmin edilərsə, 30 milyon insan həddindən artıq yoxsulluqdan xilas ola bilər, həmçinin cəmi 5 il ərzində qlobal iqtisadiyyat təxminən 1,5 trilyon dollar vəsait əldə edəcək.

BMT Baş katibinin müavini liderlik rollarında qadınların sayının artırılmasının zəruriliyinə diqqət çəkərək sözlərini yekunlaşdırıb: “Bizim sübutlarımız var. Qadınların rəhbərlik etdiyi yerdə cəmiyyətlər daha güclüdür, onlar davamlı sülh, iqtisadi inkişaf və inklüziv siyasətə böyük töhfə verirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see258

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see246

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see202

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see184

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri