BMT: Rusiya Ukrayna müharibəsi beynəlxalq hüquq çərçivəsində dayandırılmalıdır
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə, beynəlxalq hüquqa uyğun olaraq sona çatmasını görmək istəyirik.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynda qeydə alınan dron hücumlarına münasibət bildirərkən deyib.
Sözçü əlavə edib ki, qarşılıqlı barışıq əldə olunmalı və mülki şəxslər hədəf seçilməməlidir.
Qeyd edək ki, Tramp və Putin arasında aparılan danışıqlara baxmayaraq, tərəflər arasında sülhə dair konkret razılaşma əldə olunmayıb və qarşılıqlı hücumlar davam edir.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya 145 dron, 2 ballistik raket və 4 zenit raketi ilə Sumı, Odessa, Poltava, Dnepropetrovsk, Kiyev və Çerniqov bölgələrini hədəfə alıb.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə ərzində 57 dronla hücum etdiyini və bunlardan 35-nin Kursk sərhəd bölgəsində vurulduğunu açıqlayıb. Krasnodar bölgəsində isə Ukrayna dronunun neft anbarında yanğına səbəb olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















