“Brilyant əl”in Annası vəfat etdi Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın teatr və kino aktrisası Svetlana Svetliçnaya 85 yaşında vəfat edib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, aktrisa ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkirmiş.
Qeyd edək ki, S.Svetliçnayanın kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olub.
Aktrisanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.




