Dünya bazarında yağ, ət və süd kəskin bahalaşıb
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
9 ayda bitki yağı qiymətləri indeksi 20.2 faiz yüksəlib. Artım, əsasən, dünya bazarında palma yağı qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.
“Cebheinfo.az” xəbər verir ki, məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yayıb.
Bildirilib ki, palma yağı qiymətləri güclü qlobal tələb və Cənub-Şərqi Asiyada quraq hava şəraitinin istehsala təsiri ilə bağlı narahatlıqlar səbəbindən son aylarda artıb. Əksinə, günəbaxan yağı qiymətləri ardıcıl 3 aydır ki, bol tədarük gözləntiləri fonunda azalıb. Ət qiyməti indeksi 9 ayda 2.5 faiz artsa da sentyabrda azalıb.
Belə ki, quş əti və donuz əti kotirovkaları aşağı düşüb. İribuynuzlu və xırdabuynuzlu heyvan əti qiymətləri isə ümumilikdə sabit qalıb. Süd qiyməti indeksi sentyabr ayında ötən ilin sonu ilə müqayisədə 7.1 faiz azalıb, şəkər qiyməti indeksi isə 9 ayda 25.6 faiz artıb. Ən yüksək artımlar isə aprel ayında qeydə alınıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















