Pinqvinlər antarktida qarinin əriməsini sürətləndirir
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antarktidada pinqvinlərin ifrazatının qar örtüyünün əriməsinə təsir göstərdiyi müəyyən edilib. Alimlərin araşdırmasına görə, pinqvinlərin ifrazatı qar üzərində yaşayan mikroskopik yosunların inkişafını sürətləndirir. Bu isə qarın rənginin dəyişməsinə və günəş enerjisinin daha çox udulmasına səbəb olur.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Geofizika İttifaqının (AGU) yaydığı elmi məlumatda bildirilir.
Araşdırmaya əsasən, pinqvinlər dənizdə balıq və krillərlə qidalandıqdan sonra quruda ifraz etdikləri maddələr vasitəsilə qar örtüyünə fosfat kimi qida elementləri ötürürlər. Bu maddələr mikroskopik yosunlar üçün təbii gübrə rolunu oynayır və onların sürətlə çoxalmasına şərait yaradır.
Nəticədə Antarktidanın bəzi ərazilərində ağ qar yaşıl rəngə çevrilir. Alimlər müəyyən ediblər ki, yaşıl yosunlarla örtülmüş qar təmiz ağ qarla müqayisədə günəş enerjisinin təxminən 40 faiz daha çox hissəsini udur. Qırmızı yosunlarla örtülmüş qar isə təxminən 20 faiz daha çox günəş enerjisi qəbul edir.
Mütəxəssislərin sözlərinə görə, qarın səthində yaranan tünd rəngli yosunlar günəş şüalarını daha çox udduğu üçün həmin ərazilərdə isinmə və ərimə prosesi sürətlənir.
Tədqiqat Qərbi Antarktika yarımadasının sahilboyu ərazilərində aparılıb. Alimlər pinqvin koloniyalarının yaxınlığında və uzağında yerləşən ərazilərdən qar nümunələri götürərək onların tərkibini araşdırıblar.
Tədqiqatın nəticələri “Journal of Geophysical Research: Biogeosciences” elmi jurnalında dərc olunub.
Alimlər bildirirlər ki, Antarktidada qar və buzun əriməsi ilə bağlı mövcud proqnozlarda canlı orqanizmlərin bu prosesə təsiri hələ tam nəzərə alınmır. Bununla belə, pinqvinlərin ifrazatının qarın əriməsinə nə qədər əlavə təsir göstərdiyini dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















