BYD nin Avropada satış və istehsalı qadağan edildi
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Niderlanddakı Haaqa Rayon Məhkəməsi BYD-nin “Ti7” SUV modelinin “Land Rover Defender”in qeydiyyatdan keçmiş dizayn hüquqlarını pozduğuna qərar verərək modelin Avropa İttifaqı (Aİ) ölkələrində idxalını, istehsalını, satışını, saxlanmasını və çatdırılmasını qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, “Jaguar Land Rover” (JLR) “Ti7”nin “Defender” dizaynını təqlid etdiyini iddia edərək, məhkəməyə müraciət edib.
Məhkəmə bucaqlı kuzov, düz dam xətti, şaquli pəncərələr, arxa qapıdakı ehtiyat təkər və C-sütun paneli kimi oxşarlıqların alıcılarda eyni təəssürat yarada biləcəyini qeyd edib, BYD-nin ayrı-ayrı detallardakı fərqlərə əsaslanan müdafiəsini isə yetərli saymayıb.
Rəsmi bildiriş çatdıqdan bir həftə sonra qüvvəyə minəcək müvəqqəti qadağa gələn ilin əvvəlində kütləvi istehsala başlamağı planlaşdıran Macarıstan zavodunu da əhatə edir. Qərara əməl olunmasa, pozuntu gününə 100 min avro və ya hər pozuntuya 25 min avro olmaqla 10 milyon avroyadək cərimə tətbiq edilə bilər.
BYD modelin müstəqil dizayn olduğunu bildirərək apelyasiya şikayəti verəcəyini açıqlayıb. Proses boyu Aİ-də qadağa qüvvədə qalacaq. JLR isə əsas iddianı altı ay ərzində qaldırmalıdır. Məhkəmə BYD-nin Böyük Britaniyadakı törəmə müəssisəsi üzərində yurisdiksiyasının olmadığını əsas gətirərək həmin ölkədə satış qadağası tələbini rədd edib. Burada çatdırılmalara 2027-ci ilin yanvarında başlanması nəzərdə tutulur.
Qeyd edək ki, BYD 2026-cı ilin ilk doqquz ayında Avropada satışlarını ötən ilin eyni dövrünə nisbətən iki dəfədən çox artıraraq 280 mini keçib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















