Bu malların idxalına qadağa qoyuldu Sahibkarların nəzərinə!
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın Vaş kantonunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavinska kantonunda, Mərakeş Krallığının Şərq regionunda blutanq xəstəliyi, Fransa Respublikasının Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit xəstəliyi, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, İraq Respublikasının Neynəvə əyalətində, Litva Respublikasının Klayped bölgəsində, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
“Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Bu məhsulların idxalına qadağa qoyuldu Sahibkarların nəzərinə!
05 İyun 2025 13:48
Sahibkarların nəzərinə!
22 Yanvar 2025 15:32
Bu ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyuldu
09 Oktyabr 2025 17:41
Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz
17 May 2025 21:13
Bu ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyuldu
08 Avqust 2025 17:12
Baxış sayı:138
Bu xəbər 20 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















