Bu peşə insana həm güc verir, həm də həssaslıq qazandırır Tibb bacısı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Tibb bacıları günü hər il 12 may tarixində qeyd olunur. Bu gün, dünyanın hər yerində tibb bacılarının sağlamlıq sistemində oynadığı həyati rolu tanımaq və onlara təşəkkür etmək məqsədilə qeyd edilir. 12 may tarixi isə məşhur ingilis tibb bacısı Florens Naytinqeylin doğum günüdür – o, müasir tibb bacılığı peşəsinin əsasını qoyan şəxs hesab olunur.
Redaktor.az-ın əməkdaşı Beynəlxalq Tibb Bacısı Günündə tibb bacısı Xədicə Mustafayeva ilə həmsöhbət olub.
O bildirdi ki, tibb bacısı olmaq insanın həyatına dərin təsir edən, həm mənəvi, həm də emosional baxımdan formalaşdıran bir peşədir:
"Bu peşə insana həm güc verir, həm də həssaslıq qazandırır. Gündəlik olaraq insanların sağlamlığına yardım etmək, ağrılarını yüngülləşdirmək və onların həyatda qalmasına töhfə vermək böyük məsuliyyət və eyni zamanda qürur hissi doğurur.
Tibb bacısı olmaq sadəcə iş deyil. İnsanlara kömək etdikcə, insan özü də dəyişir, daha anlayışlı, daha dözümlü birinə çevrilir.
Bu gün aldığım təbriklər mənə dərin sevinc və qürur yaşatdı. Tibb bacısı olmaq bəzən yorucu, bəzən çətin olsa da, insanların duasını, minnətdarlığını eşitmək hər şeyi unutdurur. Bu gün özümü bir az daha dəyərli hiss etdim", - deyə X.Mustafayeva qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 12 May 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















