Icma.az
close
up
RU
Bu qidalar həzmi sürətləndirir

Bu qidalar həzmi sürətləndirir

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Bəzi insanlar şokolad, keks, çipsi yesə də, arıq qala bilir. Başqa biri isə hər kalorini hesablamağa məcburdur ki, artıq çəki almasın.

Təbii ki, belimizin ölçüsünə hormonal səviyyə, yaş, həyat tərzi, xroniki xəstəliklər təsir edir. Ancaq dəyişə biləcəyimiz başqa bir amil var, o da maddələr mübadiləsidir.

Publika.az xəbər verir ki, məşhur diyetoloq Edi Horstman hansı vərdişlərin maddələr mübadiləsindən asılı olduğunu və hansı qidaların orqanizmin kalorini daha tez yandırmasına kömək edəcəyini açıqlayıb.

Maddələr mübadiləsinə nə təsir edir?

Bədənimiz daim enerjidən istifadə edir: hətta bu materialı oxuyarkən, göz qırparkən və nəfəs alarkən müəyyən bir miqdar enerji sərf olunur. Kiminsə  metabolizmi sürətli işləyir, başqa birində isə əksinə.

Qidalanma: meyvə, tərəvəz, zülal yedikdə orqanizmin onu həzm etməsi daha asan olur. Buna uyğun olaraq maddələr mübadiləmiz sürətlənir. Yüksək kalorili və yağlı qidalar mədə-bağırsaq traktı üçün hər dəfə bir sınaqdır, onun müntəzəm istifadəsi bütün prosesləri ləngidə bilər;

Qan şəkərinin səviyyəsi: qanda çoxlu qlükoza olduqda insulin onu bədən yağına çevirir, bu da metabolik proseslərə təsir göstərir;

Fiziki fəaliyyət: Aktivlik yalnız məşqlə bağlı deyil. Əksər diyetoloqlar hesab edirlər ki, ən azı 30 dəqiqə gündəlik aktiv gəzintilər həftədə 2 dəfə idman zalına getməkdən qat-qat faydalıdır.

Yuxu: 7-8 saat yatmağa çalışın, gecə yarısından əvvəl yatın və erkən qalxın. Nə qədər yaxşı yatsanız, gün ərzində bir o qədər az aclıq hiss edəcəksiniz.

Həzm - maddələr mübadiləsi bədənin qidanı həzm etmək üçün istifadə etdiyi enerjidir. O, qidaları zülallara, yağlara və karbohidratlara parçalayır, lazım olanı lazımsızdan ayırır. Beləliklə, karbohidratlar şəkərə, zülallar isə amin turşularına çevrilir. Bəzi qidalar bu prosesin daha sürətli başa çatmasına kömək edə bilər, məsələn, lifli qidalar: bütün taxıllar, tərəvəzlər, tumlar və təzə meyvələr bağırsaqların qidanı hərəkət etdirməsinə kömək edir. Həm də probiotiklər: süd məhsulları, duzlu kələmdə düzgün həzmi təşviq edən bakteriyalar var.

Sürətləndirməyə kömək edən məhsullar

Vücudumuz yağları daha sürətli yandıra bilər - və siz buna kömək edə bilərsiniz. Düzgün yuxu rejimi və müntəzəm məşqlə yanaşı, qida rasionu da maddələr mübadiləsinə təsir edə bilir.

Bəzi qidalar maddələr mübadiləsini sürətləndirməyə kömək edəcək. Məsələn, əriyin həm təzəsi, həm də qurudulmuşu faydalıdır, tərkibində dəmir, maqnezium, kalium və lif var - bu elementlər maddələr mübadiləsi üçün vacibdir.

Avokado sağlam yağlar, zülallar, antioksidantlar, E vitamini və maqnezium mənbəyidir.

Qaragilə də kömək edə bilər, qanda şəkərin səviyyəsini normallaşdırır, antioksidantlarla və liflə zəngindir.

Brokkoli maddələr mübadiləsini “yenidən konfiqurasiya etməyi” və qandakı pis xolesterinin səviyyəsini idarə etməyi bilir.

Acı sevənlər üçün şad xəbər - çili bibəri maddələr mübadiləsini sürətləndirə bilər, əsas odur ki, ondan sui-istifadə etməyin.

İspanaq, çuğundur yarpağı, kahı və yaşıl soğan kimi tünd yarpaqlı göyərtilərdə də dəmir yüksəkdir. Bu elementin aşağı səviyyəsi bədəndəki metabolik proseslərə mane olur.

Paxla və mərcimək həzm sistemini mükəmməl şəkildə doyuran və həddindən artıq yükləməyən zülallarla zəngindir.

Çiyələk C vitamini ilə zəngindir, bu da orqanizmdə metabolik proseslərin başlamasına kömək edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri