Icma.az
close
up
RU
“Bu, siyasi itaətsizlik nümunəsidir” Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər

“Bu, siyasi itaətsizlik nümunəsidir” Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin”.

AZXEBER.COM xəbər verir ki, keçmiş millət vəkili və "Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev YAP-çı deputat Aydın Mirzəzadəni öz qənaətinin ölkənin konstitusion quruluşu kimi təqdim etməkdə suçlayıb.

Alqış Musayevin öz "Facebook” profilində paylaşdığı həmin yazıda deputata qarşı ölçü götürülməsinə çağırış da edilib:

"Ramiz Mehdiyevin başı üzərindəki duman qatılaşmaqda davam edir. Bu dəfə millət vəkili Aydın Mirzəzadənin hesabina. YAP "Siyasi təhlil və informasiya” şöbəsi müdirinin analizi işləri heç də aydınlığa doğru aparmır.

Aydın Mirzəzadənin açıqlaması mövzünü bir az da tündləşdirir. Ramiz Mehdiyevi daha çətin və çıxılmaz bir duruma salır. Aydın Mirzəzadə "Yeni Musavata” açıqlamasında deyib: "Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub”…

Əksinə, Aydın Mirzəzadə belə yanaşmaqla, təsdiqləyir ki, bu ittihamlar əsla boş söhbət-zad deyil.

Nə üçün?..

Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər.

Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var. Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır.

O, istəsə, Ramiz Mehdiyevı ikinci yox, birinci şəxs kimi də görə bilər.

Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır.

Amma Konstitusiya, dövlətçilk bir başqadır.

Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin. Ramiz Mehdiyevin "hakimiyyətdə ikinci adam” olmasını iddia etmək birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir.

Azərbaycan Konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001- ci ildə edilən dəyişiklikdən 2016-ci ilə kimi baş nazir, 2016 cı ildə qəbul edilən referendumdan sonra respublikanın 1- ci vitse- prezidenti hesab olunur.

Göründüyü kimi, Ramiz Mehdiyevin hakimiyyətdə ikinci adam olması barədə iddianın əsasında heç bir hqüqi-normativ baza dayanmır. Və bunu bilə-bilə ikincilik savaşı açmaq, bu, artıq ambisiyadır, siyasi itaətsizlik nümunəsidir.

Elə məsələ də burasındadır ki…

Baxın, Ramiz Mehdiyev nədə suçlanır.

Səlahiyyətlərini aşmaqda, vəzifəsindən sui-iistifadə etməkdə, mövqeyndən irəli dayanmaqda, başqalarının ərazilərinə müdaxilə etməkdə…və nəhayət Aydın Mİrzazədənin dediyi kimi, heç bir hüquqi və haqqı olmadan hakimiyyətin ikinci şəxsi kimi davranmağında…

Əminəm ki ,YAP-da böyük əksəriyyət Mirzəzadənin fikirlərini bölüşmür .

Yaxşı olardı ki, növbəti açıqlamasında millət vəkili dedikəlrinə düzəliş versin.

Ən yaxşısı isə, YAP içra katibliyinin Aydın Mirzəzadənin mətbuatla təmaslarına məhdudiyyət tətbiq etməyi olardı…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri