Icma.az
close
up
RU
Bu üsul auditoriya qarşısında çıxışınızı yaxşılaşdırmağa kömək edəcək Psixoloqdan AÇIQLAMA

Bu üsul auditoriya qarşısında çıxışınızı yaxşılaşdırmağa kömək edəcək Psixoloqdan AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanlar bəzən auditoriya qarşısında danışmağı bacarmırlar. Bəzi insanlar həyəcanlandığı üçün, bəzi insanlar isə özünəinam əskikliyindən danışa bilmirlər.

Auditoriya qarşısında çıxış etmək istəyib bacarmayan insanlar nə etməlidirlər və bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirdi ki, auditoriya qarşısında danışmaq bir çox insan üçün çətin bir iş kimi görünür. Onun sözlərinə görə, kimi həyəcanlandığı, kimi isə özünəinam çatışmazlığı yaşadığı üçün rahat danışa bilmir:

"Bunun səbəbləri və onu həll etməyin yolları barədə bunları deyə bilərəm ki, problemin səbəbləri müxtəlif ola bilər. Məsələn, həyəcan, özgüvən çatışmazlığı, hazırlıqsız, keçmişdəki pis təcrübələr və s. Auditoriya qarşısında özünü kifayət qədər hazır hiss etməyən insanlar rahat danışa bilmir. Mövzuya kifayət qədər hazır olmamaq qorxu hissini artırır. Əvvəllər tənqid olunmaq və ya bəyənilməmək qorxunun dərinləşməsinə səbəb ola bilir. Bəzən səhv etmək qorxusundan özünə nəzarətetməni itirir”.

Psixoloq bildirdi ki, belə vəziyyətdən çıxıaş yolları isə həyəcanı qəbul etmək, nəfəs texnikalarından istifadə etmək, psixoloji dəstək və sair ola bilər:

"Həyəcanlanmağın normal olduğunu unutmayın. Bu hissi qəbul edib onu enerji kimi istifadə edin. Mövzuya çox yaxşı hazırlıq edin. Praktika edərək özünüzə olan əminliyi artıra bilərsiz. Düzgün nəfəs alıb-vermə həyəcanı azaltmağın ən yaxşı yollarından biridir. Əvvəlcə kiçik qruplarla çıxış edin. Tədricən daha böyük auditoriyalara öyrəşəcəksiz. Əgər problem dərinləşibsə, psixoloq dəstəyi almaq çox faydalı ola bilər. Auditoriyanı bir dostunuzla danışır kimi təsəvvür edin. Bu, sizi rahatladacaq.

Praktik bir həll yolu olaraq güzgü qarşısında danışmaq metodunu tövsiyə edə bilərəm. Bu üsul bu şəkildə tətbiq edilir. Məsələn, danışacağınız mövzunu seçin və sadə cümlələrlə strukturlaşdırın. əsas ardıcıllığı planlaşdırın. Hər xırda nüansları qeyd edin. Özünüzü izləyərək danışın. Hərəkətlərinizi, mimikalarınızı və səs tonunuzu müşahidə edin. Nitqinizi qeyd edib sonradan öz çıxışınızı izləyin. Bu, sizi dinləyicinin gözü ilə görməyə kömək edəcək. İlk növbədə bir-iki nəfərlik dost çevrəsinə danışaraq praktikanı genişləndirə bilərsiniz. Bu üsul, həm özünüzü daha rahat hiss etmənizə, həm də auditoriya qarşısında çıxışınızı tədricən yaxşılaşdırmağa kömək edəcək”.

Aydan Məmmədova qeyd etdi ki, auditoriya qarşısında danışma bacarığı öyrənilə bilən bir bacarıqdır:

"Kiçik addımlarla irəliləyərək, həm özgüvəninizi artıracaq, həm də mesajlarınızı daha effektiv şəkildə çatdıracaqsınız. Unutmayın, o an auditoriyanı və ya səhnəni siz idarə edirsiz”.

BƏNÖVŞƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri