Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

Cazibədar Cazibə Kamil Əfsəroğlu yazır

Cazibədar Cazibə Kamil Əfsəroğlu yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankarada olanda "Yaxşı Cazibə" adlı televiziya serialının ilk bölümləri təzəcə yayımlanmaqdaydı. Səhv etmirəmsə, 2010-cu il idi. Film elə ilk nümayişdən geniş tamaşaçı auditoriyası qazanmışdı. Küçə və xiyabanlarda da söhbət "Yaxşı Cazibə"dən gedirdi. Filmin adı qəzet və jurnal səhifələrində manşetə çıxarılır, sənət adamlarının fikri ilə yanaşı, tamaşaçı rəylərinə də geniş yer verilirdi. "Yaxşı Cazibə" tamaşaçıları öz cazibəsinə salmışdı.

"Yaxşı Cazibə" filmi Türkiyənin ATV kanalıyla göstərildiyindən, bu televiziyanın reytinqi xeyli artmış, reklam sifarişləri çoxalmışdı. Təbii ki, bütün bunlar yaradıcı qrupun özünə olan inamını artırmaya bilməzdi. "Yaxşı Cazibə"nin yalnız Türkiyədə deyil, türk dünyası ölkələrində də böyük maraqla qarşılanması, necə deyərlər, bomba kimi partlaması yaradıcı kollektivi seriyaları artırmağa sövq etdi. Tamaşaçılar hər yeni bölümü səbirsizliklə gözləyirdilər. Film nümayişi zamanı küçələrdə adamlar seyrəlirdi. Ertəsi gün isə uşaqlar məktəbdə, həyət-bacada filmdən eşitdikləri "başa düşdüm", "zəng edəcəm", "kobud", "açar" və digər kəlmələri sevə-sevə söyləyirdilər. Filmin uğuru yalnız tamaşaçı məhəbbəti qazanmaqla bitmirdi, ölkədə keçirilən festivallarda da yüksək qiymətləndirilir, mükafatlara layiq görülürdü.

"Yaxşı Cazibə" yeni aktyorların potensial imkanlarını da üzə çıxardı, onları tamaşaçıya tanıtdı, sevdirdi. Filmin uğurlu alınmasında aktyor seçimini xüsusi qeyd eləmək lazımdır. Tipaj olaraq, hər aktyoru tamaşaçı ürəkdən qarşılayır, ona inanırdı. Hətta adama elə gəlir ki, başqa aktyorlar çəkilsəydi, film bu qədər böyük uğur qazana bilməzdi. Hansı festivala qatılırsa-qatılsın, nə ödül alırsa-alsın, ən böyük mükafat təbii ki, tamaşaçı məhəbbəti, tamaşaçı sevgisidir.

Türk ədəbiyyatında, kinosunda azərbaycanlı obrazlarıyla tez-tez qarşılaşırıq. Bu da təbiidir. Türkiyənin elm və mədəniyyət sahəsində, ali məktəblərdə çox sayda həmvətənimiz çalışır. Filmin mövzusu da buradan götürülmüşdü. Cazibə adlı azərbaycanlı qız Türkiyəyə gəlir. Burada yaşayıb işləyə bilmək üçün qanunla rəsmi dairələrin iznini almalıdır. Bu məqsədlə Kamal adlı birisiylə saxta evliliyə girmək məcburiyyətində qalır. Filmin süjeti ilk baxışdan o qədər də cəzbedici görünməyə bilərdi, buna bənzər mövzuda Türkiyədə çox film çəkilmişdi. Kənddən gələn qızı şəhər həyatı öz problemləriylə, öz qayğılarıyla qarşılayır. Bu çətinliklərdən çıxmaq isə o qədər də asan deyil, şəhər həyatının öz yazılmamış qanunları da var. "Yaxşı Cazibə"də isə mövzuya bir qədər fərqli yanaşılır. Cazibə Türkiyənin hansısa ucqar bir əyalətindən gəlmiş kənd qızı deyil. Cazibə Azərbaycandan gəlib və filmin süjeti də məhz bu hadisə üzərində qurulub. Cazibə gözəl, cazibədar olduğu qədər də ciddidir, namusludur, xeyirxahdır. Düşdüyü situasiya belə onu dəyişdirmir.

Film maraqla qarşılansa da, fərqli tamaşaçı rəyləriylə də səsləndirilirdi. Azərbaycanlı qızın ələ salınması fikrində olanlar da az deyildi. Əslində, onların belə düşünmələrinə elə bir əsas yox idi. Bədii əsərin, bədii filmin öz tələbləri var və bu əsərlər, filmlər həyatı real əks etdirəndə, həyata söykənəndə, maraqlı olur.

Mən filmin əksər seriyalarına baxmışdım. Bəzi seriyalarda Cazibə passiv görünürdü, sözü də az idi. Məncə, bu, filmin əsas ideyasına bir qədər xələl gətirirdi. Amma yaxşı ki, sonrakı bölümlərdə bu hal aradan qaldırıldı və biz Cazibəni daha fəal gördük. Cazibənin doğma eli-obası üçün darıxdığı, xiffət çəkdiyi duyulmurdu. Türkiyədə o özünü doğma vətəndəki kimi hiss eləyə bilərdi, amma qəriblik möhnəti, dərdi qaçılmazdır, xüsusən də qız xeylağından ötrü.

Cazibə rolunu aktrisa Əslixan Gürbüz oynayırdı. Əvvəlcə bu aktrisa haqqında öz fikrimi söyləyim ki, Əslixan baş rol üçün uğurlu tapıntı idi. Aktrisanın təcrübəsi o qədər zəngin olmasa da, rolun öhdəsindən bacarıqla gəlirdi. Ən başlıcası bu idi ki, o öz ifasıyla, usta oyunuyla Cazibənin həyatını yaşaya bilir, onun xarakterini, daxili dünyasını ustalıqla açırdı. Ekranda sanki Əslixan deyil, həqiqi Cazibə vardı, o Cazibə ki, şirin danışığıyla, hardasa şıltaqlığıyla, hardasa ciddiliyiylə tamaşaçının yadında qalırdı. Əslixanın bu rolu aktrisaya əsl şöhrət gətirdi. İndi onu Türkiyədə tanımayan yoxdur. Pərəstişkarlarından biri yazırdı: "Hörmətli Əslixan xanım! Mən sizin oyunuzu çox bəyəndim. Siz Cazibəni mənə sevdirdiniz. Məncə, aktrisanın ən böyk başarısı da bundadır. Bəzi deyilənlərlə razılaşmıram, guya bu film azərbaycanlı qızların heysiyyatına toxunur. Mən belə bir epizod görmədim. Film maraqlıdır, sizə yaradıcılıq uğurları arzulayıram. Serialın nə vaxtsa bitəcəyini istəməzdim..." Əslixana hər gün bu səpkidə onlarla məktub gəlirdi. Tamaşaçı fikri, tamaşaçı rəyi gənc aktrisa üçün önəmli idi, ona çox şey deyirdi. Bəzən təcrübəli tənqidçinin görmədiyini adi bir tamaşaçı görür. Əslixan deyirdi: "Məndən ötrü tamaşaçı sözü yalnız tərif demək deyil, həm də bir arzudur, diləkdir. O, səni necə görmək istəyirsə, o cür də qəbul edir. Tamaşaçının bircə isti-ilıq kəlməsi mənim üçün ən böyük mükafatdır..." Aktrisa onu da vurğulayırdı ki, ilk vaxtlar Azərbaycan şivəsilə danışmaq ona çətin idi, amma zaman-zaman çətinliklər aradan qalxdı. Bu işdə İstanbulda yaşayıb-çalışan aktrisa Məlahət Abbasovanın köməyi olub. Məlahət xanım filmdə məsləhətçi kim iştirak edib.

Əslixan müsahibələrindən birində deyir: "Dil, davranış sahəsində professor Halid Açıqgözün də əməyi olub. Halid bəy Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dilini dərindən bilən mütəxəssisdir. Cazibəni ekranda yaşaya bilməkdə mənə çox köməyi dəyib. Doğrudur, məşqləri uzatmağa imkan yox idi, çəkilişləri ləngitmək olmazdı, hər halda, səyimiz boşuna getmədi. Cazibənin Azərbaycan tamaşaçıları tərəfindən də bəyənildiyini, sevildiyini eşidəndə çox məmnun oldum. Sənətdə belədir - əgər sənin ekranda canlandırdığın obrazı, personajı tamaşaçı qəbul eləyirsə, deməli, sən istədiyinə nail olmusan".

Əslixan Gürbüz filmin uğurlu alınmasının bir səbəbini də çəkiliş qrupunun peşəkarlığında görürdü. Deyirdi ki, rejissordan tutmuş işıqçıya qədər hər kəs öz işini yaxşı bilir, hər kəs öz işinin ustasıdır: "Hətta müəyyən səbəblər ucbatından bəzi aktyorların dəyişdirilməsi belə çəkilişin aparılmasına mane olmadı. Doğrudur, bununla bağlı ssenaridə müəyyən dəyişiklər edilməsi zərurəti ilə qarşılasaq belə, bu, ümumilikdə işimizə xələl gətirmirdi. Filmdə mən baş qəhrəmanam və bunun məsuliyətini yaxşı bilirəm. Amma baş rolun ifaçısı nə qədər güclü oynasa belə, tərəf-müqabilinin əyər-əskiyini ört-basdır edə bilməz. Bu baxımdan, mən nəyə nail olmuşamsa, bunun üçün tərəf-müqabilim olan aktyor və aktrisalara minnətdaram. Kamal, Simgə, Barış, Hulusi bəy və digər obrazları canlandıran həmkarlarımın oyununa bayılıram və filmə baxanda mən özümdən çox onların oyununu bəyənir, onların oyununu özlüyümdə təhlil edirəm. Özümə tamaşaçı gözüylə baxanda isə, daha çox nöqsan axtarıram, hardasa düzgün oynamadığımı, hardasa qüsurlu danışdığımı və digər nöqsanları görməyə çalışıram. Bu cür yanaşma mənə çox şey verir. Əslində, mən deyərdim ki, hər bir film aktyordan ötrü bir məktəbdir - yaradıcılıq məktəbi".

"Yaxşı Cazibə" serialına baxanda Kamal rolunun ifaçısı Hakan Yılmazla Əslixan Gürbüzün ilk dəfə tərəf-müqabil olmadıqlarını hiss etdim. Onların hər biri öz oyunuyla digərinin oyununu tamamlayırdı. Aktyorların oyunlarındakı həmahənglik personajların daxili aləmini, xarakterini açmaqla yanaşı, düşdükləri situasiyanı dolğunluğu ilə tamaşaçıya çatırmağa imkan verirdi. Bu haqda aktrisa deyirdi: "Cazibə roluna təklifi böyük məmnuniyyətlə qarşıladım. Biləndə ki, filmdə mənim tərəf-müqabilim aktyor Hakan Yılmaz olacaq, buna çox sevindim. Bildim ki, çətinliyim olmayacaq, axı kiminlə çəkilməkdən çox şey asılıdır. İndiyədək biz birlikdə başqa serialda da çəkilmişdik və deyim ki, bir-birimizi yaxşı başa düşürdük. Aktyorlar, xüsusən də baş rolların ifaçıları zahiri görünüşləriylə, ən başlıcası isə oyunları ilə bir-birlərini tamamlamalıdırlar. Filmin çəkilişində hər kiçik bir nüansın belə əhəmiyyəti var, yaradıcı qrupun üzvləri bir-birlərini yaxşı tanıyırlar, uzun müddətdir birgə çalışıblar, odur ki, hər kəs öz işini yaxşı bilir, bir-birlərini asanca anlayar. Belə olan halda iş də öz yolunda, rəvan gedir".

Müasir tamaşaçını inandırmaq çətindir və təbii ki, bugünkü tamaşaçı ötən əsrin 60-70-ci illərindəki tamaşaçı deyil. Çağdaş tamaşaçının tələbinə uyğun sənət əsərləri yaradılmalıdır və inamla demək olar ki, türk kinosu bu sahədə iri addımlar atmaqda, irəliləməkdədir. Bu təhlili ölkədə kinonun tarixiylə müqayisəli aparanda, qazanılan nailiyyətlərin, uğurların aydın və qabarıq təzahürünü görürük.

Türkiyədə 1923-cü ildən 39-cu ilədək kino sənəti Muhsin Ərtoğrulun adıyla bağlı olub və o, ölkədə yeganə kinorejissor sayıldığından, təbii ki, kinodan nəsə böyük uğur gözləmək sadəlövhlük olardı.

Ötən əsrin ikinci yarısında türk kinosu yeni mərhələyə qədəm qoydu. Lütfi Ömər Akad, Yılmaz Güney, Metin Erksan, Zeki Ökten, Şerif Gören kimi istedadlı rejissorlar kinoya yeni yön, yeni ruh, yeni nəfəs gətirdilər. Onların yaradıcılığı ilə də türk kino sənətində tənqidi realizm cərəyanı özünü göstərməyə başladı. Önəmlisi bu idi ki, ölkədə yeni kino məktəbi yaranmaqdaydı. Televiziya filmləri də vüsət almağa başladı, seriallar tamaşaçıları ekran qarşısına yığır, daha geniş auditoriyaya açılırdı. Rejissorlar yenilik axtarışında idilər. Uğur özü gəlib onları tapırdı. Haqqında danışdığımız "Yaxşı Cazibə" filminin "Altın kələbək" kinofestivalında yüksək mükafata layiq görülməsi də təsadüfi deyildi. Cazibə rolunun ifaçısı Əslixan Gürbüz komediya filmlərinin "Ən yaxşı qadın aktrisası" ödülünü qazandı. Birmənalı demək olar ki, bu, aktrisanın halalca haqqıdır.

Onu da deyim ki, "Yaxşı Cazibə" yalnız kino tənqidçilərinin deyil, tamaşaçıların da təhlil obyektinə, hədəfinə çevrilmişdi. Tamaşaçılar kütləvi informasiya vasitələrindəki çıxışlarında, sosial şəbəkələrdəki paylaşımlarında filmin uğurlu alındığını söyləyirdilər. Tamaşaçılardan biri yazırdı: "Məncə, ən yaxşı serialdır. Azərbaycan qızlarının nə qədər ədəbli, bacarıqlı oluğunu göstərir. Filmi böyük maraqla izləyirik. Qız - Cazibə ağıllıdır..."

Bu cür fikirləri çox misal çəkmək olar. Önəmlisi budur ki, film alınmışdı və mavi ekrana çıxan hər yeni bölümlə "Yaxşı Cazibə" tamaşaçıları öz cazibəsində saxlaya bilirdi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see277

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see240

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see223

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see188

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see188

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see187

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see184

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see184

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see182

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see174

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see172

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see171

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see170

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see158

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri