Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldular!
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, qitə birinciliyinin üçüncü günündə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.
Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə gələcək.
Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.
Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 22 Aprel 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















