Icma.az
close
up
RU
Çin dünyanın ən elastik robotunu təqdim etdi

Çin dünyanın ən elastik robotunu təqdim etdi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Elmlər Akademiyasının Avtomatlaşdırma İnstitutunun mütəxəssisləri "CyberSense" adlı yeni, elastik bir robot hazırlayıblar.

Bu robot beyinə çox incə mikroelektrodların yüksək dəqiqliklə implantasiyası üçün nəzərdə tutulub və beyin-kompüter interfeysləri (BCI) sahəsində ciddi texnoloji sıçrayış sayılır.

"Cebheinfo.az" xəbər verir ki, "CyberSense" robotu artıq heyvanların beyninə elektrodları zərif şəkildə yerləşdirə bilib.

Prosedur zamanı travma riski minimuma endirilir və neyroelm sahəsində yeni tədqiqat imkanları yaranır.Tədqiqatçı Yu Şan bildirib ki, bu gün istifadə olunan elektrodlar insan tükündən də incədir.Bu, həm beyin toxumasına zərərin qarşısını alır, həm də orqanizmin implantı rəddetmə ehtimalını azaldır.

Onun sözlərinə görə, insan əli beyin toxuması kimi "tofu qədər yumşaq" bir struktura bu dərəcədə dəqiq müdaxilə edə bilmir. Bu baxımdan robot-cərrah əvəzolunmazdır.Qeyd edək ki, "CyberSense" artıq digər elm mərkəzlərinin  o cümlədən Çin Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutu və Şençjendə yerləşən "We-Linking" şirkətinin hazırladığı elektrodlarla sınaqdan keçirilib.

Bu cür əməkdaşlıqlar neyroelektrofiziologiya sahəsində araşdırmaların irəliləməsinə kömək edir. Alimlər gələcəkdə bu texnologiyanı daha da inkişaf etdirərək Çin üçün beyin-kompüter interfeysləri sahəsində yeni mərhələyə keçmək istəyirlər.

Qeyd edək ki, Britaniyanın Milli Səhiyyə Xidməti bu ilin əvvəlində insan əhval-ruhiyyəsini yaxşılaşdırmağa yönəlmiş beyin implantlarının sınaqlarına başlayıb.Cihaz beyindəki müəyyən neyron qruplarını "aktivləşdirmək" üçün xüsusi ultrasəs impulsları göndərməyə qadirdir.

Bu texnologiyanın məqsədi, xüsusilə depressiya və digər psixi sağlamlıq problemləri yaşayan insanlarda emosional vəziyyəti sabitləşdirməkdir.
Əgər sınaqlar uğurlu alınsa, bu texnologiya gələcəkdə psixonevroloji müalicələrdə inqilabi dəyişikliklərə yol aça bilər.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri