Çin Prezident İlham Əliyev və Si Cinpin arasında əldə olunan razılaşmaların icrası üçün əməkdaşlığa hazırdır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Rəsmi Pekin Azərbaycan Prezidenti İlham Əliyev və Çin lideri Si Cinpin arasında əldə olunan razılaşmaların icrası üçün sıx əməkdaşlığa hazırdır.
APA xəbər verir ki, bunu Çin Silahlı Qüvvələrinin yaranmasının 98-ci, ölkənin Yaponiyanın işğalından xilasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Lu Mey açıqlayıb.
Onun sözlərinə görə, rəsmi Pekin Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir və bu qarşılıqlı səmərəli tərəfdaşlığın daha da irəli getməsində maraqlıdır:
"Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33 ili ərzində hər iki ölkə son dərəcə dinamik inkişaf yolu keçib. Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə məhsuldar səfər həyata keçirib. Bu zaman Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu sənəd həm də ona görə əhəmiyyətlidir ki, münasibətlərimizi strateji cəhətdən yeni mərhələyə daşıyacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 İyul 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















