Icma.az
close
up
RU
ÇL də hələ belə yarımfinal olmamışdı! PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq

ÇL də hələ belə yarımfinal olmamışdı! PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verildi.

İlk oyun günündə PSJ ''Bavariya''nı qəbul etdi. Böyük maraqla gözlənilən bu qarşılaşma ümidləri artıqlaması ilə doğrultdu və məhsuldarlıq rekordunu qırdı. Qol şousunu penaltidən fərqlənən Keyn açıq elan etdi. Parislilər buna Kvaratsxeliyanın baxımlı qolu və 174 sm boya malik Neveşin başla vurduğu qolla cavab verdi. Olise hesabı 2:2 etsə də, bu da ilk yarıda son qol olmadı. Fasilə ərəfəsində VAR-ın müdaxiləsindən sonra təyin olunan şübhəli penaltini Dembele dəqiq yerinə yetirərək PSJ-ni 3:2 önə keçirdi. ÇL tarixində ilk dəfə yarımfinalda bir hissəyə 5 qol vuruldu!
Paris nəhəngi ikinci hissədə də hücumlarını davam etdirərək Kvaratsxeliya və Dembelenin qolları ilə hesabı darmadağın həddinə çatdırdı. Amma bu mövsüm geridönüşlər üzrə püxtələşən ''Bavariya'' Upamekano və Diasın qolları ilə fərqi minimuma endirdi. Bərabərlik qolunu vurmaq mümkün olmasa da, Münhen nəhəngi hesabı 4:5 etməklə cavab matçı üçün intriqanı bərpa etdi. Turnirin tarixində ilk dəfə yarımfinalda bir oyuna qapılara 9 qol vuruldu!
Buna qədər yarımfinalda bir oyuna 7-dən artıq top vurulmamışdı. Kvaratsxeliyanın oyununu xüsusi qeyd etməyə dəyər. Dubl edən gürcüstanlı ulduz bu mövsüm ÇL-də artıq aktivinə 10 qol, 5 məhsuldar ötürmə yazıb. Bir mövsümə ÇL-də 15 məhsuldar hərəkət PSJ üçün yeni rekorddu. Gürcüstan yığması hər nə qədər dünya çempionatına vəsiqə qazana bilməsə də, Kvaratsxeliya bu performansını davam etdirəcəyi təqdirdə ''Qızıl top''u qazanmaq şansları artacaq.
Maraq üçün bildirək ki, PSJ-nin fransalı ulduzu Dembele ''Qızıl top''u qazandığı ötən mövsümdə ÇL-də aktivinə yalnız 8 qol, 6 məhsuldar ötürmə yazmışdı. Keynin ardıcıl 8-ci rəsmi oyunda fərqləndiyini də bildirək. Bu mövsüm bütün turnirlərdə 54-cü qolunu vuran ingiltərəli forvard da sözsüz ki, ''Qızıl top''a əsas namizədlərdən biri olacaq.
''Bavariya''nın əzəmətli Keyn (54), Dias (26) və Olise (20) triosu bu mövsüm bütün turnirləri nəzərə almaqla ümumilikdə 100 qol vurub!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri