Icma.az
close
up
RU
Daha böyük gəlir gətirə biləcək milli hostinq yaradılmalıdır TƏKLİF

Daha böyük gəlir gətirə biləcək milli hostinq yaradılmalıdır TƏKLİF

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Televiziya kanalları hər gün xeyli videoməzmun istehsal edirlər. Bu kontent, canlı yayım və arxiv isə böyük xərc bahasına başa gəlir. Onun əlçatan olması, ondan dayanıqlı və effektiv istifadəyə, xüsusən də onlayn mühitdə istifadəyə imkanlar yaradılması isə vacibdir.

Maraqlıdır, televiziyaların videokontenti harada saxlanır?

Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, ölkə daxili və xaricində media monitorinq xidmətləri təqdim edərkən yerli televiziya kanallarının videokontentinin arxiv problemi ilə üzləşirik .

“Bizdə bu istiqamətdə ciddi problemlər var. Maraqlıdır ki, AzTV-dən başqa digər televiziyaların hamısının arxivi əsasən “YouTube” üzərindədir. Yalnız AzTV canlı yayımı və verilişləri yerli hostinqdə 8 gün müddətində arxivləşdirir. Xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün kontenti üçün yerli bir arxiv formalaşdıra bilməyib.Əsasən “YouTube”dan istifadə olunur. Qonşu ölkələrin təcrübəsinə diqqət yetirdikdə isə görmək olur ki, videokontent həm də ölkə daxilində milli bir hostda toplanır. Son zamanlar geopolitik proseslərlə bağlı bu tendensiyanın hədsiz gücləndiyi müşahidə olunur. Canlı yayımların da bir qorunan hostdan yayımlanmasına diqqət yetirilir”.

O.Gündüz bildirdi ki, “YouTube” televiziyalar üçün cəlbedicidir, geniş auditoriya imkanları təqdim edir:

“Paylaşımlar, istifadəçi cəlb etmək və monetizasiya vasitəsilə gəlir də əldə etmək mümkündür. Daha çox baxış daha çox reklam gəliri deməkdir. Eyni zamanda bu kontenti özəl serverlərdə, yaxud özlərində arxivləşdirmək yüksək maliyyə tələb edir, idarəetmə xərcləri də var. Lakin bütün arxivin yalnız “YouTube”da saxlanılması ciddi risklər yaradır. Televiziyalar kontent üzərində müstəqilliyi itirirlər. Platforma qaydalarına uyğun olmayan kontent, şikayət olunan kontent silinə və ya kanal bloklana bilər, onların öz məxfilik və reklam qaydaları var. Əgər “YouTube” platformasında texniki problemlər və ya qlobal məhdudiyyətlər, yaxud da müəyyən səbəblərdən ölkədaxili bloklanma olarsa, arxivə çıxış dayana bilər”.

Ekspert qeyd etdi ki, milli video kontentin saxlanılması ilə bağlı hibrid modelin tətbiqi, yəni bütün ölkə üzrə televiziya arxivinin həm də milli hostinq üzərində saxlanılması daha doğru olardı:

“Xüsusilə də, milli informasiya resursları üzərində müstəqillik və asılılıq balansını qorumaq indiki zamanda daha çox vacibdir. Düşünürəm ki, televiziyalar öz biznes modellərinə və texniki imkanlarına uyğun kontentin arxivləşməsinə diqqət yetirməlidirlər. “YouTube”a  ölkədən verilən reklamların çox cüzi hissəsi televiziya kanallarına çatır. Bu reklamların ölkədaxili bir platformadan olması televiziyalar üçün daha böyük gəlirlər gətirə bilər və ölkə üçün də faydalı olar. Audiovizual Şura, televiziya kanalları və “Rəqəmsal və audiovizual yayım sənayesi” qurumu dünyanın indiki düzənində milli hostinq yaradılması istiqamətində səylərini gücləndirməlidirlər”.

Günay 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri