Icma.az
close
up
RU
Danışan Foto: Üç liderdən dünyaya səssiz mesaj

Danışan Foto: Üç liderdən dünyaya səssiz mesaj

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Müasir beynəlxalq münasibətlər sisteminin dərin transformasiya mərhələsinə daxil olduğu, qlobal güc balansının yenidən formalaşdığı və regional münaqişələrin kəskin xarakter aldığı bir dövrdə V Antalya Diplomatiya Forumu sadəcə növbəti beynəlxalq tədbir deyil,  eyni zamanda  yeni geosiyasi konturların cızıldığı strateji platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu forumda iştirakı isə ölkənin artan geosiyasi çəkisinin, diplomatik aktivliyinin və regional liderlik ambisiyalarının praktik təzahürü kimi qiymətləndirilməlidir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Antalya Diplomatiya Forumu: Qlobal dialoq və güc mərkəzlərinin kəsişmə nöqtəsi
Deputat bildirib ki, Antalya Diplomatiya Forumu artıq qısa müddətdə dünyanın aparıcı siyasi platformalarından birinə çevrilərək, qlobal və regional aktorları bir masa arxasında toplayan nadir dialoq məkanlarından biri kimi çıxış edir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə sülhün açarıdır” tezisi bu platformanın fəlsəfəsini aydın şəkildə ifadə edir.
Bu kontekstdə Azərbaycanın forumdakı fəallığı təsadüfi deyil. Rəsmi Bakı bu platformadan öz sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq,  regional əməkdaşlıq təşəbbüslərini genişləndirmək, yeni təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak etmək üçün effektiv vasitə kimi istifadə edir”, -o qeyd edib.

“Danışan foto”: Üç liderin verdiyi geosiyasi mesaj
Deputat əlavə edib ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  və  Pakistanaın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gələrəkər keçirdiyi  görüş və   görüşdə çəkilən foto dünyada ciddi rezonansa səbəb oldu. Bu foto təkcə diplomatik protokol deyildi, bu, simvolik və strateji məzmun daşıyan “siyasi bəyanatdır”.

Bu foto bir neçə mühüm mesajı ehtiva edir
1. Tarixin sınağından çıxmış qardaşlıq
Azərbaycan–Türkiyə–Pakistan üçlüyü təkcə siyasi müttəfiqlik deyil, ortaq tarix, mədəniyyət və qarşılıqlı dəstək üzərində qurulan dərin bağların təcəssümüdür.
2. Yeni geosiyasi oxun formalaşması
Bu üçlük artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında təsir imkanlarına malik əməkdaşlıq modelinə çevrilir.
3. Sülh və sabitlik mesajı
Qlobal qarşıdurmalar fonunda bu birlik güc nümayişindən çox, sabitlik və əməkdaşlıq modelini təklif edir.
4. “Səssiz güc” diplomatiyası
Bəzən uzun bəyanatlardan daha çox bir foto geosiyasi reallıqları ifadə edir  və bu kadr məhz belə nümunələrdəndir”.

Yeni regional təhlükəsizlik arxitekturası: Azərbaycanın rolu
Antaliya Diplomatiya Forumunun Bakının xarici və daxili siaysətinin beynəlxalq miqyasa çatrıdılması, qarşısnda duran çağırış və hədəflər baxımdan mühüm bir platforma olduğunun vacibliyini qeyd edən deputat bildirib ki, Azərbaycanın formalaşdırdığı xarici siyasət xətti artıq klassik diplomatiyadan daha geniş məzmun kəsb edir: “Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilən “yeni regional təhlükəsizlik arxitekturası qururuq” tezisi bu strategiyanın əsas mahiyyətini açır.
Bu yanaşmanın əsas elementləri regional sahiblik prinsipi problemlərin region ölkələri tərəfindən həlli; inklüziv əməkdaşlıq-Ermənistan da daxil olmaqla bütün tərəflərə açıq iqtisadi inteqrasiya imkanları; praktik sülh modeli – ticarət, enerji və nəqliyyat layihələri üzərindən etimad quruculuğudur. Bu, post-münaqişə dövründə Cənubi Qafqaz üçün tamamilə yeni modeldir.
Azərbaycanın Antalya platformasında irəli sürdüyü əsas tezislərdən biri də geoiqtisadi əməkdaşlıqdır. Xüsusilə Orta Dəhliz (Transxəzər marşrutu), Zəngəzur dəhlizi konsepsiyası, Cənub Qaz Dəhlizi kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr Asiya ilə Avropanı birləşdirir, regionu qlobal logistika mərkəzinə çevirir, enerji təhlükəsizliyində alternativ yaradır. Nəticədə Azərbaycan artıq yalnız regional deyil, qlobal enerji və nəqliyyat arxitekturasının əsas oyunçularından birinə çevrilir”.
Üç qardaş ölkə: Avrasiyada yeni əməkdaşlıq modeli

Bakı-Ankara-İslamabad  müttəfiqliiynə toxunan deputat deyib ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı Mərkəzi Asiyadan Yaxın Şərqə, Qafqazdan Avropaya qədər geniş coğrafiyanı əhatə edir. 
Bu modelin fərqli cəhəti ondan ibarətdir ki, o hərbi blok deyil, iqtisadi və siyasi əməkdaşlıq platformasıdır, sülh və sabitlik üzərində qurulub. Bu isə onu qlobal sistemdə alternativ güc mərkəzi kimi önə çıxarır.

Qlobal böhranlar fonunda Antalya platformasının rolu
ABŞ–İran gərginliyi, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Antalya Diplomatiya Forumu dialoq üçün neytral məkan, vasitəçilik imkanları yaradan platforma, qarşıdurmadan əməkdaşlığa keçidi təşviq edən mexanizm kimi çıxış edir.
Türkiyənin çevik diplomatiyası, Azərbaycanın sülh təşəbbüsləri və Pakistanın geosiyasi mövqeyi bu platformanı real nəticələr doğuran mexanizmə çevirir.

Bir foto ilə başlayan yeni mərhələ
Antalyada çəkilən o məşhur foto əslində yeni geosiyasi reallığın vizual ifadəsidir. Bu, sadəcə üç liderin yanaşı dayanması deyil, bu həm də yeni güc mərkəzinin konturları,  Avrasiyada əməkdaşlıq modelinin nüvəsi, sülhə əsaslanan geosiyasi alternativdir. 
Bugünkü mürəkkəb dünya nizamında bu cür birliklər yalnız regional deyil, qlobal sabitliyin təmin olunmasında həlledici rol oynaya bilər. Antalya isə bu prosesin başladığı nöqtələrdən biri kimi tarixə düşməkdədir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri