Dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxsə hökm oxundu
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vətəndaşların pulunu dələduzluq yolu ilə əldə etməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin sonuncu məhkəmə prosesi keçirilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və başqa iş adı altında ümumilikdə 374 min manat məbləğində dələduzluq edib.
Ziyanın bir qismini ödənildiyi üçün zərərçəkmiş şəxslərin bəziləri şikayətini geri götürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bakıda dələduzluqla pul ələ keçirən şəxslər saxlanılıb
07 Noyabr 2024 11:46
Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlanılıb
27 May 2025 12:15
Bakıda dələduzluqla küllü miqdarda pul ələ keçirən şəxs saxlanıldı
12 May 2025 14:12
Sosial şəbəkədə dələduzluqla 51 min manat ələ keçirən 2 nəfər saxlanılıb
05 May 2025 15:02

