Icma.az
close
up
RU
Deputat 2 rayonun ensiklopediyasını tərtib etdirib TƏQDİMAT OLUB (FOTOLAR)

Deputat 2 rayonun ensiklopediyasını tərtib etdirib TƏQDİMAT OLUB (FOTOLAR)

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 25-də Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbdə Siyəzən və Şabran Ensiklopediyasının təqdimat mərasimini keçirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, millət vəkili həmin layihənin məsləhətçisi və rəhbəridir. S.Qurbanov əvvəlki çağırış Milli Məclisdə Şabran və Siyəzən rayonlarını təmsil edib.

Komitə sədri ensiklopediyanın informasiyanın yığcamlığı, çatımlılığı baxımdan çox önəmli olduğunu bildirib: “Bu cür kitablar gənc nəslin tərbiyəsində mühüm yer tutur. Təsadüfi deyil ki, Ümumimilli lider Heydər Əliyev və Prezident İlham Əlyevin ensiklopediyaya həssas münasibət bəsləməsinin şahidi olmuşuq. Heydər Əliyev hələ sovetlər dönəmində on cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunmasına nail olmuşdu. Adıçəkilən ensiklopediya ziyalılarımız ücun ən vacib mənbələrdən biridir”.

Deputat qeyd edib ki, hazırladıqları ensiklopediyada toponimlər xüsusi yer tutur. O, xatırladır ki, toponimlərə münasibətdə Prezident İlham Əliyevin həssas münasibətinin şahidi olmuşuq: “44 günlük müharibə zamanı işgaldan azad olunan bir sıra ərazilərimizin adının dəyişdirilməsi ilə bağlı Prezident sərəncamlar verib. Toponimlərə sistematik münasibət bu məsələnin təsadüfi olmadığını göstərir. Eyni zamanda cənab Prezidentin qədim yurd yerimiz olan Qərbi Azərbaycandakı toponimlərin ermənilər tərəfindən saxtalaşdırılmasına öz etirazını bildirərək onları doğru adı ilə çagırmağa səsləmişdir. Bununla da cənab Prezident həmin torpaqların tarixi Azərbaycan torpaqları olduğu fikrini ictimai rəyə aşılayıb”.

Sadiq Qurbanov tədbirdə 6-cı çağırış deputatı olduğu Siyəzən və Şabran əhalisinin, şəhid ailələrinin, qazilərin, ziyalıların onu xüsusi hörmətlə qarşılamalarından duyğulandığını ifadə edib.

Millət vəkli sonda tədbirə ev sahibliyi edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova, həmkarları Asif Əsgərova, Müşfiq Məmmədliyə və professor Seyfəddin Rzasoya, eyni zamanda müəllif Nazim Vəlişova, kitabın çapına göstərdiyi maddi dəstəyə görə dostları Məhəmməd Musayevə və Mikayıl Yusifova dərin təşəkkürünü ifadə edib.

“AzPolitika.info”








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Yanvar 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri