Icma.az
close
up
RU
Deputat: Paşinyanın Sülh kəsişməsi layihəsi xəyal olaraq qalacaq

Deputat: Paşinyanın Sülh kəsişməsi layihəsi xəyal olaraq qalacaq

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan icra edilmiş tranzit nəqliyyat dəhlizləri ilə beynəlxalq nəqliyyat mərkəzinə çevrilib. Ərazimizdən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ölkəmizin Avrasiya regionunda əhəmiyyətini artırıb. Bakı Beynəlxalq Ticarət Limanının gücü 15 milyon tondan 25 milyon tona artırılıb. Dəmir yollarının keçiricilik imkanlarının yüksəlməsi istiqamətində layihələrin icrası davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma gücünün 1 milyon tondan 5 milyon tona çatdırılması ölkəmizin tranzit imkanlarının genişlənməsinə səbəb olub və bu, həm iqtisadi, həm də siyasi mövqelərimizi gücləndirir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlər son 20 ildə ölkəmizdə həyata keçirilən, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlərlə yanaşı, qarşıda icra olunmalı layihələrin həcminin də nə qədər böyük olacağını göstərir:

"Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan əhalisinin sürətlə artımı nəqliyyat problemlərinin həlli istiqamətində addımların vaxtında atılmasını labud edir. Eyni zamanda, ölkə ərazisindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır və bu, Azərbaycandan keçən beynəlxalq dəhlizlərin genişləndirilməsini də vacib edir", - deyə millət vəkili vurğulayıb.

Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin böyük əhəmiyyət daşıdığını deyən A.Badamov Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi icra etməyə məcbur olduğunu bildirib:

"Zəngəzur dəhlizi terminini beynəlxalq leksikona gətirdiyimizi qeyd edən dövlət başçısı, bu dəhlizin açılaması istiqamətində Ermənistanın öhdəliyi olduğunu bir daha bəyan etdi. Əlbəttə, Zəngəzur vaxtilə Azərbaycandan qoparılaraq Ermənistana verildiyi üçün, ayrılmaz hissəmiz olan Naxçıvan Muxtar Respublikası ölkəmizin əsas hissəsindən ayrı düşüb. Paşinyanın məsələyə qeyri-konstruktiv yanaşması nəticəsində 4 ildən çoxdur ki, Naxçıvana maneəsiz yol açılmamış olaraq qalmaqdadır. Təbii ki, Azərbaycan Ermənistanı gözləmək fikrində deyil və İranla əldə olunmuş razılığa əsasən, Araz çayının sol sahilindən yeni yol çəkilməklə əlaqəmiz təmin olunacaq. Amma Zəngəzur dəhlizinin açılması bizim əsas məqsədlərimizdəndir və Ermənistan bunu qəbul etməyə məcburdur. Təəssüf ki, Paşinyan beynəlxalq ictimaiyyətin diqqətini "Sülh kəsişməsi" adlandırılan absurd və guya ki, alternativ layihə üzərinə yönəltməyə çalışır. Amma hər kəs bilməlidir ki, Azərbaycansız heç bir regional layihənin icrası mümkün deyil. "Sülh kəsişməsi" layihəsi xəyal olaraq qalacaq".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri