Icma.az
close
up
RU
Deputatla qalmaqal yaşadığı deyilən Rafael Bünyatov görün kimdir Federasiyası niyə bağlandı?

Deputatla qalmaqal yaşadığı deyilən Rafael Bünyatov görün kimdir Federasiyası niyə bağlandı?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmiş Azərbaycan Kosiki Karate-do Federasiyasının rəhbəri, 6-cı dan qara kəmər sahibi Rafael Rafiq oğlu Bünyatovun millət vəkili Ülvi Quliyevlə problem yaşadığı iddia olunur.

32gun.az-ın məlumatına görə, Rafael Bünyatovun rəhbərlik etdiyi federasiyanın fəaliyyətinə xitam verilməsində məhz Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyevin rol aldığı iddia edilir. İddialara görə, elə bu səbəbdən federasiya Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan çıxarılıb və yalnız ictimai birlik kimi fəaliyyətini davam etdirə bilir.

İddialara gorə, tərəflər arasında münasibətlər o qədər gərginləşib ki, Rafael Bünyatov bir çox tədbirlərdə iştirakdan belə imtina edir. Onun illərdir inkişaf etdirdiyi Kosiki Karate-do Federasiyasından federasiya statusunun alınması, birbaşa deputatın müdaxiləsi ilə əngəlləndiyi də iddialar arasındadır.

32gun.az məsələ ilə bağlı Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi Vüsal Abdullazadə ilə əlaqə saxlayıb.

Vüsal Abdullazadə açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər:
"Rafael müəllim də hazırda Azərbaycan Karate Federasiyasının üzvüdür. Keçmişdə onun rəhbərlik etdiyi federasiya da Nazirlik tərəfindən akkreditasiyadan keçmişdi. Amma bu gün yalnız bizim federasiya rəsmi olaraq fəaliyyət göstərir. Digərləri isə sadəcə ictimai birlik kimi mövcuddur." 

Abdullazadə qeyd edib ki, Rafael Bünyatovun rəhbərlik etdiyi qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ictimai birlik olsa da, federasiya statusu yoxdur:
"İdman haqqında qanunun tələbinə görə federasiya statusu yalnız Gənclər və İdman Nazirliyi tərəfindən verilir. Rafael müəllimin rəhbərlik etdiyi istiqamət bizim federasiyanın daxilində üslub olaraq fəaliyyət göstərir. O, həm də federasiyanın idarə heyətinin üzvüdür."

V.Abdullazadə əlavə edib ki, Rafael Bünyatovun iştirakı ilə keçirilən tədbirlər olur və onun federasiyada mövqeyi hələ də qalır:
"O, bizim idarə heyətinin üzvüdür və söz sahibidir. Onun nümayəndəsi olduğu üslub da digər tanınmış karate istiqamətləri kimi fəaliyyət göstərməkdə davam edir."

Xatırlatma: Rafael Bünyatov kimdir?

Rafael Bünyatov tanınmış idmançı ailəsində dünyaya gəlib. Onun atası, əslən Əmircandan olan Rafiq Vəliyulla oğlu Bünyatov (1951–2008) yüngül atletika üzrə beynəlxalq dərəcəli idman ustası və Azərbaycan rekordçusu olub.

Rafael Bünyatov hazırda Azerbaijan Sport Talents Academy (ASTA) adlı qurumun prezidentidir. O, karate sahəsində uzun illər fəaliyyət göstərib, müxtəlif beynəlxalq layihələrə imza atıb və Kosiki Karate üslubunun Azərbaycanda inkişafında mühüm rol oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri