Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib

Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb. Eyni zamanda, Şüvəlanda 5 sahibkarın fəaliyyət göstərdiyi 3 çimərlikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən abadlıq tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, yay mövsümünün əvvəlindən yerli və xarici turistlər tərəfindən Abşeron yarımadasındakı çimərliklərdə çatışmazlıqlarla bağlı Dövlət Turizm Agentliyinə çoxsaylı müraciətlər ünvanlanıb. Bu müraciətlər əsas götürülərək aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyət, zəruri infrastruktur, təmizlik qaydalarına riayət edilməsi, tullantıların idarə olunması, sahil zolağının təmiz saxlanılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində seçilmiş 3 çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərliklər yaradılıb.

Pilot layihə çərçivəsində 15,3 hektar sahəni əhatə edən 3 çimərlik ərazisində taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaqların əylənməsi üçün xüsusi meydança, masa və oturacaqlarla təmin olunmuş söhbətgahlar yaradılıb, günəşdən mühafizə çətirləri və çimərlik üçün digər zəruri avadanlıqlar quraşdırılıb. Bu pilot layihə Azərbaycanda dayanıqlı turizmin inkişafına növbəti töhfədir.

Həmçinin bildirilib ki, Azərbaycanda yay mövsümü daxili və gəlmə turizmi baxımından ən yüksək aktivlik dövrü hesab olunur. Ölkəmizə səfər edən hər üç əcnəbi turistdən təxminən biri (32 faiz) məhz yay mövsümündə səyahət edir. Yay aylarında turist axınında xüsusilə Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropa ölkələrindən gələn ziyarətçilərin payı daha yüksəkdir. Mövsüm ərzində MDB ölkələrindən gələn turistlər arasında çimərlik turizminə maraq xüsusilə fərqlənir. Eyni zamanda, daxili turizm göstəriciləri yay mövsümünün əhəmiyyətini təsdiqləyir.

Son illərin tendensiyası belədir ki, il ərzində yerli turistlər tərəfindən həyata keçirilən ölkədaxili səfərlərin ümumi sayı 20 milyondan çox olur. Həmin səfərlərin də təxminən 40 faizi yay aylarının payına düşür. Bu dövrdə regionlara səyahətlərin sayında artımla yanaşı, regionlardan Bakıya, xüsusilə də çimərlik turizmi məqsədilə səfərlərin intensivliyi müşahidə olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində çimərliklərin ümumi sayı 200-dən çoxdur. Onlar əsasən Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərində yerləşir. Ümumilikdə ölkədəki çimərliklərin 80 faizi isə məhz Bakı və Abşeron yarımadası ərazisindədir. Burada 17 çimərlik zonası mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri