Dövlətin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən konseptual sənəd
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Möhtərəm Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinin inkişafının təmin edilməsi məqsədilə verdiyi müvafiq Sərəncam əsasında hazırlanmış “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası dövlətin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən konseptual sənəddir.
Konsepsiya milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəni irsinin müasir dövrün tələblərinə uyğun şəkildə mühafizəsi, təbliği və gələcək nəsillərə ötürülməsi məqsədlərinə xidmət edir. Sənəd mədəniyyət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsini, institusional mexanizmlərin gücləndirilməsini və davamlı inkişafın təmin olunmasını nəzərdə tutur.
"Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni irs obyektlərinin qorunması, muzey, kitabxana, teatr və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşdırma və innovativ texnologiyaların tətbiqi əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Konsepsiyada mədəniyyət sahəsində insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Peşəkar kadr potensialının gücləndirilməsi, mədəniyyət işçilərinin bilik və bacarıqlarının artırılması, yaradıcı gənclərin dəstəklənməsi, regionlarda mədəni infrastrukturun inkişaf etdirilməsi və əhalinin mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi əsas vəzifələr sırasına daxildir.
Möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamında müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq, Konsepsiya mədəniyyət sahəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsini və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda sistemli şəkildə təbliğini nəzərdə tutur.
"Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının ardıcıl və məqsədyönlü icrası ölkənin mədəni potensialının gücləndirilməsinə, milli kimliyin möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının dünya mədəni məkanında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Təşəkkür edirəm Möhtərəm cənab Prezident.
Teymur Əliyev, Nizami Gəncəvi Muzeyinin direktoru
Bu mövzuda digər xəbərlər:Dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəd
12 Noyabr 2025 12:12
Kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir
03 İyul 2025 16:25
Dövlətin müəyyən etdiyi pula qalsa... ARAŞDIRMA
18 Avqust 2025 13:20
Dövlətin ailə, qadın və uşaq siyasətinin növbəti uğurları
14 Fevral 2025 01:22
Dövlətin strateji obyekti Azercell ə verilir ÖZƏL
11 Sentyabr 2025 10:23
Baxış sayı:34
Bu xəbər 14 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















