Icma.az
close
up
RU
Dünya xəritəsi dəyişir: Azərbaycan buna hazır olmalıdır Sensasion

Dünya xəritəsi dəyişir: Azərbaycan buna hazır olmalıdır Sensasion

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya siyasətində mühüm proseslər cərəyan edir, beynəlxalq münasibətlər yenidən şəkillənir. Yeni dünya nizamında Azərbaycanın rolu və yeri nədən ibarət olacaq?

News24.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Şahin Cəfərli deyib ki, İkinci Qarabağ savaşındakı qələbə Azərbaycanın regional və ümumən xarici siyasətində ciddi keyfiyyət dəyişikliyinə səbəb olub:

“İşğal problemi Azərbaycanın əl-qolunu bağlayan, onun imkanlarını məhdudlaşdıran faktora çevrilmişdi və xarici siyasətin əsas hədəfi məhz bu problemi aradan qaldırmaqdan ibarət idi. Ölkənin resursları da əsasən bu istiqamətə yönəldilmişdi. Torpaqların azad olunması isə yeni situasiya yaradaraq bölgənin geosiyasi mənzərəsini tamamilə dəyişdirdi”.

Onun sözlərinə görə, bu dövrdə rəsmi Bakının proaktiv xarici siyasətə keçdiyi müşahidə olunur:

“Müharibədən əvvəl Azərbaycanın bölgənin lider dövləti olması barədə təbliğati tezis daha çox ölkənin iqtisadi potensialına, digər iki qonşu ilə müqayisədə iqtisadiyyatının böyüklüyünə əsaslanırdısa, indi bu liderliyin praktik məcrada, real olaraq təsbit edilməsi yönündə siyasət aparılır. Azərbaycan tərəfi Ermənistanla imzalanacaq sülh müqaviləsi ilə bağlı maksimalist mövqedən çıxış edərək istər müqavilə mətnində, istərsə də bu ölkə ilə gələcək əlaqələri tənzimləyəcək digər məsələlərə dair öz şərtlərini qarşı tərəfə diktə etməyə çalışır. Gürcüstanla münasibətlərdə də yeni xətt nəzərə çarpır. Bu xətt ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti Gürcüstan daxili siyasətində baş verənlərə laqeyd qalmır, hətta müəyyən səviyyədə və çərçivədə oraya müdaxilə etməkdən də çəkinmir. Prezident Əliyevin bu mövzuda açıqlamalarına diqqət etsək, görərik ki, o, Gürcüstandakı hadisələrə sırf bu ölkənin daxili işi kimi yox, bütün regiona, o cümlədən Azərbaycana təsir göstərəcək mühüm proses kimi baxır. Avropayönümlü müxalifətlə “Gürcü Arzusu” hökumətinin sərt rəqabətində Bakı hökumətin tərəfində olduğunu və ona dəstək verdiyini gizlətməyə ehtiyac duymur”.

Politoloq qeyd edib ki, bu gün Azərbaycan faktiki olaraq, müdaxiləçi xarici siyasət yeridərək yeni regional konfiqurasiya formalaşdırmağa can atır:

“Paralel olaraq, Türkiyə ilə müttəfiqlik əlaqələri dərinləşdirilir, İğdır-Naxçıvan qaz boru kəmərinin açılması buna daha bir nümunədir. Bu qaz kəmərinin regional geosiyasət baxımından əhəmiyyəti budur ki, Naxçıvanın enerji təminatı şaxələndirilir və İran kimi proqnozlaşdırılması çətin olan aqressiv qonşudan bu sahədə asılılıq azaldılır. İsrail dövləti ilə münasibətlərin də yeni səviyyəyə qalxdığını söyləmək olar. Azərbaycanın İsraillə ərəb dövlətləri arasındakı “İbrahim anlaşmaları”ına daxil edilməsi ideyası, eyni zamanda, İsrail-Azərbaycan-ABŞ üçtərəfli əməkdaşlıq mexanizminin yaradılması barədə təklif Bakının qlobal səviyyədə də rol almaq istədiyinə işarədir. Baş tutub-tutmayacağından asılı olmayaraq, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın ambisiyaları bölgə sərhədlərini aşır”.

Şahin Cəfərli bildirib ki, buna baxmayaraq, hər zaman olduğu kimi, risklər də mövcuddur:

“Risk analizləri düzgün aparılaraq buna uyğun siyasət qurulmasa, Azərbaycanı gözləyən potensial təhlükələr ölkəyə zərər verə bilər. İlk növbədə ən zəif nöqtə kimi arxaik iqtisadi modelimizi qeyd etmək lazımdır. Azərbaycan xammal ölkəsi olaraq qalır və onun istər büdcə sabitliyi, istərsə də ölkədaxili sosial-iqtisadi stabillik beynəlxalq bazarlardakı konyukturdan asılıdır. Qlobal bazarda enerji qiymətlərinin düşməsi Azərbaycana birbaşa təsir edir. Hazırda neftin qiymətində aşağıya doğru trend müşahidə olunur və bu, Azərbaycan üçün bir sıra risklər yaradır. Ötən illərdə qeyri-neft sektorunun inkişafından çox danışılsa da, təəssüf ki, bu sahədə real vəziyyət ürəkaçan deyil. Ölkədə iqtisadi sahədə hərtərəfli islahatlar həyata keçirilməsi çoxdan zərurətə çevrilib”.

Ekspert hesab edir ki, Ermənistanla sülh prosesini mümkün qədər qısa müddətdə, təbii ki, Azərbaycanın maraqlarına uyğun olaraq, müsbət sonluqla başa çatdırmaq vacibdir:

“Çünki proses uzandıqca, kənar qüvvələrin həmin prosesə müdaxilə ehtimalı da artır. Məsələn, Ermənistanda növbəti parlament seçkilərində Rusiyaya bağlı qüvvələr təkrar hakimiyyətə gələrsə, vəziyyət mənfiyə doğru dəyişər, bölgədə gərginlik və qeyri-müəyyənlik yaranar. Nikol Paşinyanı bir çox məsələdə tənqid etmək olar, amma sirr deyil ki, o, Ermənistanda istər bizim, istərsə də Türkiyənin maraqları baxımından ən məqbul fiqurdur. Sülh müqaviləsinin gecikməsi Türkiyənin Cənubi Qafqazdakı planlarını da gecikdirir. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə rəhbərləri arasındakı bütün təmaslarda Ankara bu mövzunu davamlı gündəmə gətirərək sülh müqaviləsinin tezliklə imzalanmasına tərəfdar olduğunu vurğulayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri