Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Ədəbiyyatda Ad olan Adam Sevinc Mürvətqızı yazır

Ədəbiyyatda Ad olan Adam Sevinc Mürvətqızı yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sevinc MÜRVƏTQIZI

...Hər könlün bir laçın vaxtı olur, qəfəs sanıb uçub getmək istədiyi yerin əslində pərvazlandığı gerçək yuva olduğunu anlayana qədər... O qapılar "qırılır", o "qəfəslərdən" çıxılır, yanılmaq da burdan başlanır - getdiyin yerlərin məngənəsi var gücü ilə xirtdəyindən yapışanda... Qanadının gücünü, ruhunun təpərini itirəndə tanış misralar yenidən çıxır qarşına və son dəfə çırpır səni keçmişin xatirələrdən hörülən qalın, keçilməz divarlarına... Şeiri ilə bunu bacaran şairin o məlum həqiqətlərdən bizdən daha əvvəl və daha əfzəl agah olmasındandır yəqin... Öz mənəvi-ruhani coğrafiyasında iddiasız yaşayıb o həqiqəti bizə xatırladan söz ustalarından biri də unudulmaz şair Ələkbər Salahzadədir.

Ələkbər Salahzadənin yaradıcılığı ağrını, sevinci və sevgini "şeh dolu kirpiklərimizlə" danışdıran, misraları ruhun keçmişinə açılan əvəzsiz poeziyadır. O, sözün sehrini boş iddialardan uzaq, mənanın dərin qatlarında yaşadan, hər şeirini sanki, içimizdəki yaraların diliylə yazan şairdir - ilk dəfə oxuyanda ağrıyırıq, sonra sağalırıq...

Ona ağrıyırsan,

buna yanırsan,

yanıb yanaşırsan, yaralanırsan...

Nəyi dindirirsən,

simə toxunursan - yaralanırsan;

niyə dindirirsən,

kimə toxunursan - yaralanırsan...

Bir kəlmə kəsməmiş - peşman olursan,

pisə pis deməmiş - düşmən olursan,

bomboz qəzəbindən qaralanırsan,

ən azı yüz ağac aralanırsan...

İnsan qəlbinin kövrəkliyini, ən kiçik toxunuşla belə göynəyən yaralarını, duyğuların incə titrəyişlərini ifadə edən bu peşmanlığın səssiz fəryadını ürəyi ilə dinləyən olsa, "yüz ağaclıq" məsafədən belə eşidər. Şair həyatın sərtliyi ilə ruhun zərifliyi arasındakı gərginliyi misralara çırpılmış ah kimi səsləndirir. Hər misra ilə adamın içindəki yük daha da ağırlaşır, amma həm də o tanış kədərin içində bir az da özünü tapırsan... İnsanın təkcəliyi, bilərək seçdiyi, özüylə dolu tənhalığı bütün bunlardan sonra başlanır:

Hər dəryada ada adam,

hər fəryada tel-tel əsən,

dara düşən dosta-yara

fəda adam.

Bir adamdı, adidən adi adam.

Yan-yörəsində

iydə də çiçəkləyən,

qanqal da bitib qalan

vadi, vadi, vadi adam...

Adi bir insanın qeyri-adi yalqızlığının, ruhunun dərinlərində qopan fırtınaların poetik təcəssümü kimi Ələkbər Salahzadə "möhürü" ilə fövqəladə metafora yaranır... Ardınca isə hamımızın zaman-zaman keçmiş aynalarımıza üz tutduqca özümüzə tuşladığımız "çilik-çilik xəcillik" qınaqlarımız könlümüzə rahatlıq vermir:

Ay anam,

ayda-ildə kəndə gedib

o üz tutduğum aynam!

Alın qırışlarıntək

sınıq, çilik-çiliyəm.

Axı nəyə yaradım ki -

özümün də xəciliyəm...

İlk baxışda anaya ünvanlanmış poetik etiraf kimi görünsə də, bu, adi bir nisgil deyil - burada ana obrazı həm vətəndir, həm keçmişdir, həm də insanın özünü tapmaq istədiyi mənəvi aynanın simvoludur. Şairin "o üz tutduğum aynam" deyə müraciəti əslində, onun özünüdərk prosesində anaya baxaraq öz kimliyini sorğulamasıdır - doğmalığın və zamanın çatlarında əks olunan kimliyini. Alın qırışları ilə aynanın çatlarını eyniləşdirmək isə həm varlığın əzabını, həm də keçmişlə gələcək arasındakı görünməz uçurumu vurğulayır. Şair burada təkcə özünün sınıqlığını deyil, həm də insanın zaman qarşısında acizliyini, ancaq bununla belə, ana obrazına yönəlmiş ilahi bir sığınma ehtiyacını poetik həssaslıqla təqdim edir.

...Sonra da yaddaşın nəhs bir 13-də, "doğmadan doğma bir qarının çarşabından qara qarla" görünən Fevral peyda olar. "Qıraqda bir qırıq sözə bənd bir uşaq" isə o gündən sonra böyümək, bu dairə isə qapanmaq bilməz:

13 ildən çox olar,

13 fevral çiynində

o nənəni aparar,

aparar, aparar,

amma dəfn edə bilməz,

bir il sonra yenə

başqa 13 fevral alar çiyninə...

Yaddaş doğmaları dəfn etmir. Zaman irəliləyir, tarix unudulur, amma yaddaş ölümlə barışmaq istəmir. Çünki yaddaş üçün zaman düzxətli deyil, dövridir, hər xatırladıqca yenidən yaşanan ağrılı bir xatirədir... Amma biz istədik-istəmədik, yaddaşımızın xatirə saxlancında - "bir də gördün yox oldu adam, bir də gördün fotodu..." Taleyinlə nə qədər cəng-cidala çıxırsan çıx, illərin məğlub olmuşluğunu, bu miqyasda "yoxluq"ların, qəlbinin divarı boyu düzülən o "fotoların" ağrısını "xirtdəyəcən bu şəhərin içində" daşımaq olmur ki olmur... Mütləq "baxdığın"qeyri bir yer olmalıdır ki, qəddini dikəldib davam etməyə özündə taqət, dizində təpər tapasan:

Xirtdəyəcən

bu şəhərin içində,

baxıram, kəndə baxıram.

Dağlarına çıxıram:

çiçəkləri gözümdəndi,

çayı yenə dizimdəndi,

başımdan aşır buludu,

kirpiklərim şeh doludu.

Bu şeir Azərbaycan ədəbiyyatında kənd və şəhər antitezinin işlənməsi baxımından müəyyən ənənənin davamıdır. O kənd, təkcə bir coğrafi məkan deyil, uşaqlığın - "itirilmiş cənnət"in simvolu ilə səsləşərək qarşımıza çıxır. Şairin misraları bizə kəndlə şəhər arasındakı psixoloji və emosional ziddiyyəti dərin lirizmlə təqdim edir. Şeirdəki ana fikrin mərkəzi nöqtəsi olan "xirtdəyəcən bu şəhərin içində" ifadəsi - psixoloji tıxanma, mental blokaj və mənəvi boğulma hissini ən üst səviyyədə əks etdirir. "Xirtdəyəcən bu şəhərin içində" ifadəsi insanın məkan olaraq şəhərdə yaşamasına baxmayaraq, ruhən "buludu başından aşan" kəndə bağlı qaldığını göstərir. Şeirin strukturu və məzmunu oxucunu sanki təbiət içində ruhani səyahətə aparır. Şair kəndi yalnız xatırlamır, onun hər detalını ruhunun xurcununda özüylə daşıyır. "Çayı yenə dizimdəndi" misrası uşaqlıq xatirələrinin hələ də onun varlığında yaşadığını bildirir və növbəti dəfə "13 fevral" şeirində olduğu kimi, öz içimizdə də böyüməyən, "bir qıraqda bir qırıq sözə bənd uşaq"la qarşılaşırıq."O uşaq" fiziki baxımdan böyüsə də, daxilən kövrək və ürkək cəsarətsizliyi ilə onu sıxan, boğan şəhərin bəzən dar küçələrində, bəzən qələbəliyində itib-batanda son ümid yeri yenə "o kənd"dir. "Xirtdəyəcən bu şəhərin içində" misrası ikiəlli boğaza yapışmış yadlığı, özgəliyi simvolizə edir. Şairin ruhu bu şəhərin içində xirtdəyəcən boğulur, amma gözləri kəndə açılan o pəncərənin önündən çəkilmir: - uzaqdan da olsa, həmişə o doğma mənzərəyə baxır. "O kənd" dağları, çayları, çiçəkləri - öz doğma hənirtisi ilə onun ruhunda nəfəs alır:

Xirtdəyəcən

bu şəhərin içində

hərdən o kəndə baxıram,

yenə də gözüm üstədi,

göyləri başım üstədi,

nə olsun gendən baxıram?

Deməsinlər: "kənd, kənd" deyir,

çörəyi dizi üstədi";

xirtdəyəcən

bu şəhərin içindəyəm,

o kənd də gözüm üstədi...

Sonuncu sətirdəki "o kənd də gözüm üstədi" ifadəsi, o unudulmaz stixiyanın ruhdakı, ürəkdəki yerini - ən üst məqamda qərar tutmasını dilimizin xəlqiliyinin ən şəhd-şəkər çaları ilə anladır. Səmimi, sadə, gündəlik danışıq dili ilə, ağızdan-ağıza keçən deyimlərlə kəndlə ruhən iç-içə olduğunu təsdiqləyir. Amma burada nostalji sadəcə keçmişə bağlılıq deyil, həm də psixoloji müdafiə mexanizmidir. Kənd artıq real bir məkan deyil, qoruyucu mental zona kimi təqdim olunur. Şəhərin soyuqluğu və yadlığı insanı keçmişə sığınmağa vadar edir. Fərdin həqiqi mənliyini əritməyə çalışan şəhərin fonunda kənd yalnız keçmişin xatirəsi deyil, həm də şəxsin ruhi dinclik məkanıdır. Şeirdə ağrılı dilemma yaranır: Şair kəndə dönə bilmir, lakin onu unuda da bilmir. Şəhərin içində boğulsa da, artıq kəndə qayıtmaq da onun üçün bir seçim deyil. Burada şəhər və kənd yalnız coğrafi anlayış deyil, həm də insanın daxili vəziyyətinin simvoludur: Şəhər - sıxıntı, məcburiyyət, yadlıq, kənd - azadlıq, təbiilik, məsumiyyət kimi. Məkanlar arasındakı qarşıdurma fonunda insanın mənəvi kimliyi, yaddaş və məkanın insan şüurundakı izi tədqiq edilir. Müəllif kənd və şəhər arasındakı yalnız fiziki məsafəni yox, həm də estetik və mənəvi fərqi, daha doğrusu, iki dünyagörüşünün toqquşmasını göstərir. Vəzninin sərhədlərini aşan ritmik axıcılıq, sətir uzunluqlarının dəyişməsi şeirin musiqililiyini artırır və məzmunun emosional gücünü vurğulayır. Şeirin başlıca struktur elementlərindən biri kimi "Xirtdəyəcən bu şəhərin içində" misrasının təkrarlanması boğulma, sıxılma hissini gücləndirir və eyni zamanda, kəndə duyulan həsrətin dəyişməzliyini vurğulayır.

Bu şeir içində kəndi - uşaqlığın əbədi itirilmiş cənnətini yaşadan hər kəsin xiffət nəğməsidir, həm nostalji, həm də mənəvi bağlılığın poetik manifestidir. "O kənd" bəzən bir neçə dağ arxasında, bəzən yüzlərlə kilometr uzaqlıqda yerləşsə də, qəlbimizin içində bir gün son nəfəsimizi verənədək döyünən doğma ritm kimidir...

Ələkbər Salahzadə dillər əzbəri olan bir şeirində yazır ki, "Bir də gördün adamdı adam, bir də gördün ad oldu"... Amma bir gün "ad olmaq" da hamıya nəsib olan qismət deyil, bu, seçilmişlərin aqibətidir. Nənələrimizin dilində yaddaşın qədimliyindən süzülüb gələn "a(qi)bətin xeyir" duası vardı. Ələkbər Salahzadə ədəbiyyatımızda, yaddaşımızda o dua-sənaların ilkin qutsallığının işığında yazdığı həzin, doğma və unudulmaz nəğmələri ilə Ad olan Adamdır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri