“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 37 mln. manatdək vəsait qaytarılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
2025-ci ilin yanvar-fevral ayları ərzində “ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-yə görə 30 milyon 721 min manatadək vəsait qaytarılıb.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-fevral ayları ərzində qaytarılan həcmi 6 milyon 191,4 min manatdan çox təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















