Icma.az
close
up
RU
Ekspert: Zəngəzur dəhlizinin perspektivi Qazaxıstan üçün geoiqtisadi imkandır

Ekspert: Zəngəzur dəhlizinin perspektivi Qazaxıstan üçün geoiqtisadi imkandır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 sentyabr, AZƏRTAC

TRIPP (“Trump Route for International Peace and Prosperity” - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, yaxud Zəngəzur dəhlizi ) Qazaxıstan üçün perspektivi qaçırılmayan geoiqtisadi imkandır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstanın iqtisadiyyat və nəqliyyat üzrə eksperti, Qazaxıstan Respublikasının “Heavy Trans” Böyük və Ağır Yükdaşıyıcıları Milli Assosiasiyasının beynəlxalq layihələr üzrə direktor müavini, elmlər namizədi Dastan Ospanov bildirib.

O deyib: “Birincisi, bu, Türkiyə və Aİ-yə gedən marşrutu digər quru yollarla müqayisədə ən azı min kilometr qısaltmağa, beynəlxalq standartlara uyğun tikilmiş dəhliz boyunca layihəni, ağır və iriqabaritli yükləri yönləndirməyə və sürəti artırmağa, xüsusən ixracyönümlü sənaye sahələri - neft-kimya, metallurgiya, kənd təsərrüfatı sənayesi, maşınqayırma üçün tranzit xərclərini azaltmağa imkan verir.

İkincisi, Qazaxıstan sabitləşdirici və texniki rol oynaya bilər. Qazaxıstan, Azərbaycan və Ermənistanın operativ iştirakı ilə TRIPP-in Ermənistan hissəsində quru limanın yaradılmasını məqsədəuyğun hesab edirəm. Bu, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında yük axınlarına xidmət edən neytral logistika mərkəzi olacaq; Ermənistanın Çin və Aİİ-yə ixrac-idxalı, habelə Qazaxıstan, Özbəkistan, Türkmənistan da daxil olmaqla Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yükdaşıyıcılarının tranzit logistikası”.

Ekspertin sözlərinə görə, Qazaxıstan bu məsələlərdə həm Aİİ çərçivəsində İrəvanın praktiki tərəfdaşı, həm də tərəflərin maraqlarına zidd olmadan TITR və TDT üzrə Bakının etibarlı müttəfiqi kimi çıxış edə bilər. ABŞ-ın TRIPP marşrutunun təhlükəsizliyinin beynəlxalq təminatçısı olması isə qlobal investorlar və tərəfdaşlar tərəfindən layihəyə inamı artırır.

“Beləliklə, biz Qazaxıstan və Azərbaycanın nəqliyyat marşrutlarının potensialını təkcə onların cari səmərəliliyində deyil, həm də regional ticarət və inteqrasiya xəritəsini dəyişdirmək qabiliyyətində görürük. TRIPP, TITR, TRACECA marşrutları Bakı və Astananın etimad, hesablılıq və siyasi uzaqgörənliyi əsasında qurulan gələcəyin infrastrukturlarıdır”, -deyə D.Ospanov sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri