Icma.az
close
up
RU
Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir Araşdırma

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir Araşdırma

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 avqust, AZƏRTAC

Yeni araşdırmanın nəticələrinə görə, elektrikli skuterlərdən istifadə edən insanlar velosipedçilər və ya motosikletçilərlə müqayisədə beyin və daxili orqan xəsarətləri almaq baxımından daha yüksək risklə üzləşirlər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, elektrikli skuter sürən qadınlarda kişilərlə müqayisədə ağır xəsarətlər riski daha yüksəkdir.

Məlumatlar göstərib ki, motosikletçilərlə müqayisədə elektrikli skuter istifadəçilərinin kəllə-beyin travması alma ehtimalı 3,5 dəfə, daxili orqanlarının zədələnməsi 1,5 dəfə, arteriya və ya venalarının zədələnməsi isə 3,2 dəfə yüksəkdir. Velosipedçilərlə müqayisədə isə bu risklər müvafiq olaraq 1,7, 1,4 və 1,7 dəfə yüksək olub.

Cərrah Devid Bodanskinin rəhbərlik etdiyi britaniyalı ekspertlər qrupu Milli Ağır Xəsarətlər Reyestrindən 15 247 pasiyent haqqında məlumatları təhlil etdikdən sonra bu nəticəyə gəlib. Təhlil edilən məlumatlar arasında 580 elektrikli skuter istifadəçisi, 7 mindən çox motosikletçi və 7 740 velosipedçi haqqında məlumatlar olub.

Araşdırma həmçinin göstərib ki, elektrikli skuter istifadəçilərinin hər on nəfərindən birindən çoxu xəsarət alma riski daha yüksək olan uşaqlardır.

Elektrikli skuter istifadəçilərinin yalnız 5,9 faizinin dəbilqə taxdığı müəyyən edilib. Motosikletçilər arasında bu göstərici təxminən 75 faiz, velosipedçilər arasında isə 45 faiz təşkil edib. Bununla belə, elektrikli skuter istifadəçilərində sınıq riski motosikletçilərlə müqayisədə 20 faiz, velosipedçilərlə müqayisədə isə 10 faiz aşağı olub.

Elektrikli skuterlər Liverpul, Bristol, Birmingem kimi şəhərlərdə, eləcə də Londonun bir sıra rayonlarında dövlətin pilot proqramları çərçivəsində icarəyə götürülə bilər. Lakin hazırda şəxsi elektrikli skuterlərdən ictimai yerlərdə istifadə qanunsuzdur.

Bununla belə, tədqiqatçıların sözlərinə görə, elektrikli skuterlərdən Böyük Britaniyanın bütün ərazisində getdikcə daha çox istifadə olunur, lakin xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi və məruzqalma səviyyəsi nəzərə alınmaqla, risk barədə məlumatlar hələ də kifayət deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri