Elvin Məmmədov: “Neftçi”nin təklif etdiyi müqavilənin şərtləri əlverişli idi”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Neftçi”nin U-17 komandasına baş məşqçi təyin olunan Elvin Məmmədov üçün klubun təklif etdiyi müqavilənin şərtləri əlverişli olub.
Mütəxəssis “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb.
“Neftçi” rəsmi müqavilə təklif etdi. Şərtlər əlverişli idi, müzakirə apardıq və anlaşdıq. “Qəbələ” rəhbərliyi də sağ olsun, mənə çox dəstək verdilər. Xüsusən də A kateqoriyasını oxuduğum müddətdə. Xoş sözlərə layiqdirlər. “Neftçi”yə getmək istədiyimi bildirəndə, heç bir problem yaratmadan razılıq verdilər”, - deyə o, “Report”a açıqlamasında bildirib.
O, qarşıya qoyulan hədəflərdən danışıb:
“Bu gün komanda ilə tanış oldum. “Neftçi”nin adı üstündədir. Klubdan nəticə tələb olunur. Amma sırf akademiyaya gəlincə, məqsəd əsas komanda üçün futbolçu yetişdirməkdir. Rəhbərliklə müzakirələr zamanı da bunu hiss etdim. Yəni aşağı yaş qruplarında sırf nəticə tələb olunmur. Sadəcə, futbolçulara düzgün istiqamət verilməlidir. “Neftçi”nin U-17 komandasının bir neçə oyununu video vasitəsilə izləmişəm. Milliyə və əsas komandaya artıq bir futbolçu veriblər”.
Qeyd edək ki, Elvin Məmmədov Azərbaycanın I Liqa təmsilçisi “Səbail”in baş məşqçi postundan ayrılandan sonra “Qəbələ”nin U-17 komandasında eyni vəzifəni yerinə yetirirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















