Icma.az
close
up
RU
Emil Qasımov: “Bəzən düşünürəm ki, 11 yox, 13 14 nəfərə qarşı oynayırıq” MÜSAHİBƏ

Emil Qasımov: “Bəzən düşünürəm ki, 11 yox, 13 14 nəfərə qarşı oynayırıq” MÜSAHİBƏ

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Birinci liqanın bombardiri növbəti mükafatlara da göz dikib...

1-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində yanvarın ən yaxşı qolunun müəllifi olan Emil Qasımov mükafatlandırıldı. Yevlax təmsilçisinin futbolçusuna mükafatları 15-ci turun “ASCO Arena”da keçirilən “Cəbrayıl” - “Karvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim etdi.

Ümumiyyətlə, Emil nəniki həmin matçda, xeyli oyunda baxımlı qollar vuraraq diqqət mərkəzinə düşməyi bacarıb. O, hazırda 11 qolla bombardirlər siyahısına başçılıq edir. Düzdü, bunda komandanın digər aparıcı oyunçusu, sözün əsl mənasında “qol silahı” sayına Bəhruz Teymurovun 8-ci tur çərçivəsində “Qəbələ”yə qarşı matçda yol verdiyi səhvlər üzündən 4 oyunluq cəzalanmasının da rolu oldu. Lakin hansısa məqam Emilin sərrastlığına, keyfiyyətlərinə və bacarıqlarına kölgə sala bilməz.
Hər halda, “Sabah”ın yetirməsi olan 24 yaşlı hücumçu karyerası ərzində U-19 millimizin, “Kəpəz” və “Şamaxı”nın da formasını geysə də, indi “Karvan”ın şərəfini qoruyur və hədəf premyer-liqaya yüksəlməkdi. Onunla söhbətdə həm indiyə qədər baş verənlər, həm də bundan sonrakı planları haqda məqamlara aydınlıq gətirdik.
– 1-ci liqada hər cəhətdən yaxşı mənada fərqlənən gənclərdən birisən. İndiki durumundan nə dərəcədə razısan?
– Ötən illərə nisbətən cari mövsümdəki performansımı daha yaxşı qiymətləndirirəm. Hücumçunun vəzifəsi qol vurmaqdı ki, bunu bacarıram. Amma özümdən tam razı deyiləm. İnanıram ki, daha yaxşısını bacara bilərəm. Bu üzdən üzərimdə çox çalışıram. Klub rəhbərliyinin, məşqçilər korpusu və komanda yoldaşlarımın dəstəyini həmişə hiss edirəm. Hələ çempionatın, demək olar ki, yarısındayıq. Daha çox çalışıb qollarımın sayını artıracam.
– İndiyə qədər 15 tur geridə qalıb. Mövsümü necə dəyərləndirirsən?
– İkinci pillədəyik. Lakin bununla razılaşmaq niyyətində deyilik. Çempionatın əvvəlindən hədəfimiz çempionluq olub. Bilirdik ki, bu yolda ən çətin rəqib “Qəbələ” olacaq. Onlar bizi yanıltmadılar. İndi aramızda 9 xal fərq var. Amma bunu azaltmaq mümkünsüz deyil. Növbəti matçda “Qəbələ” ilə qarşılaşacağıq. Qəbələ qazanmaq lazımdı.
– “Cəbrayıl”la matçda xal itirməyiniz sürpriz oldu. Son anda qol buraxmaq, yəqin ki, sənə çox pis təsir edib...
– Bu komandayla ikinci dəfə qarşılaşdıq. Düzdü, turnir cədvəlindəki mövqeləri yaxşı deyil. Amma istənilən rəqibə başağrısı ola biləcək komandadı. Xal itirmişiksə, günah bizdədi. “Cəbrayıl” istənilən cəhətdən bizdən yaxşı çıxış etdi. Çox istəkliydilər. Qol vursaq da, sona qədər hesabı qoruyub-saxlaya bilmədik. Penalti epizoduna gəlincə, hakim bu qərarı verməyə də bilərdi. Amma ruhdan düşmürük. Belə məqamlar bizi ancaq möhkəmləndirir.
– Hakimin qərəzli qərar verdiyini düşünürsən?
– Düzü, belə hallarını adını nə qoymaq lazım olduğunu bilmirəm. Təəssüf ki, bütün liqalarımızda hakim səhvlərinə rast gəlirik. İndiyə qədər belə olub. Bundan sonra da dəyişməyəcək. Onları başa düşürük. Təcrübəsiz hakimlər də var. Amma biz də bəzən o qədər istəkli oluruq ki, istəmədən aqressiv oyun göstəririk, nəticədə cəzalanırıq. Sırf qərəzdən danışası olsaq, “Qəbələ”ylə məlum matçı qeyd edərdim. İki penaltimiz verilmədi. Həmin oyunda VAR sistemi olsaydı, qələbə bizim olacaqdı. Belə hadisələr üzündən bəzən düşünürəm ki, 11 yox, 13-14 nəfərə qarşı oynayırıq. Yenə də bunlar çempionat ərzində ola biləcək şeylərdi. Günhahı hakimlərin üzərinə atmaq doğru olmaz. Mövqeyimizi qorumaq istəyiriksə, hər şeyə rəğmən, qələbə qazanmalıyıq.
– 1-ci liqa komandalarının, xüsusilə iddialıların oyunlarını daim izləyirəm. Sanki “Karvan” aşağı pillələrdəki komandalarla matçlara köklənə bilmir. Sən də belə düşünürsən?
– Bəlkə qıraqdan elə görünür. Amma meydandakı durum fərqlidi. Tam dəqiq deyim ki, çempionatda zəif komanda yoxdu. Biz bütün rəqiblərə qarşı eyni hazırlaşırıq. Sadəcə, bəzən ya ümumi oyunumuz alınmır, ya da fərdi səhvlər nəticəyə təsir edir. Baş məşqçimizin tapşırıqlarını qüsursuz yerinə yetirdiyimiz halda problem yaşamırıq. Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Həmçinin komandalar mövqeyimizdən xəbərdardı. Bu üzdən bizimlə matçlara çox ciddi hazırlaşırlar.
– Adətən, qonağınız olan komandalar mətbuata açıqlamalar verərkən, ot örtüyünün durumundan şikayətlənir. Bəs, qazonun durumunun yaxşı olmaması sizə nə dərəcədə çətinlik törədir?
– Əlbəttə, ev oyunlarında əziyyət çəkirik. Bilindiyi kimi, komandamız texnikalı və təcrübəli futbolçulardan qurulub. Ot örtüyü öz oyunumuzu oynamağa, bacarıqlarımızın hamısını nümayiş etdirməyə imkan vermir. Bu üzdən ev sahibi olduğumuz halda, ən yaxşı oyunumuzu göstərə bilmirik. Yəqin ki, gələcəkdə düzələr.
– “Ayın qolu” mükafatının sənə verilməsi qəlbində hansı hissləri oyatdı?
– Futbol həyatımda ilk dəfə belə xüsusi mükafata layiq görülürəm. Mütəxəssislərin mənim haqda müsbət fikirdə olması, təbii ki, sevindirici haldı. İstəyirəm ki, növbəti mükafatların da qalibi mən olum.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Fevral 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri