Icma.az
close
up
RU
Emin Əmrullayev: Hər şey gəlib keçir, Neftçi əbədidir

Emin Əmrullayev: Hər şey gəlib keçir, Neftçi əbədidir

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi"nin əsas məqsədlərindən biri dayanıqlılıq üçün yeni sponsorluq müqaviləsinin imzalanmasıdır".

Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib. O, bu anlaşmanın "Neftçi"nin brend olaraq formalaşması üçün vacib olduğunu bildirib: 

“Neftçi” ailəsinə qoşulduğu üçün "Palms Sports"u təmsil edən Fuat Dərvişə təşəkkür edirəm. "Neftçi" Azərbaycan futbolunun simasıdır, böyük şəhərin, xalqın komandasıdır. "Neftçi"nin brend olaraq formalaşması, inkişaf etdirilməsi idarəçilərin qarşısında duran əsas məqsəddir. Ola bilər ki, komandanın bugünkü göstəricisi, güzgüdə görünən məsələlər azarkeşlərin xoşuna gəlmir. Biz də əlimizdən gələni edirik ki, arzu etdiyimiz nöqtəyə gələk. Bu da strukturdan, akademiyanın inkişafından, uşaq futbolundan və maliyyə dayanıqlılığının yerində olmasından asılıdır. Müvəqqəti yox, uzunmüddətli uğur istəyirik. Asan prosses deyil. Şadıq ki, “Palms Sports”la uzunmüddətli anlaşmamız olacaq. İdman və idarəetmə bir-birilə əlaqəlidir. “Palms Sports”un təcrübəsi “Neftçi” və Azərbaycan idmanı üçün müsbət amildir, bundan bəhrələnməliyik. Eyni zamanda problemləri tanımaq, həlli istiqamətində yollar axtarmalıyıq. Problemdən qorxmamağın tərəfdarıyam. İnanıram ki, “Palms Sports” şirkətinin təcrübəsindən yararlanacağıq". 

Emin Əmrullayev ilk illərdə "Palms Sports" vasitəsilə kluba cəlb olunan maliyyə vəsaitinin heç bir hissəsinin  əsas komandaya xərclənməyəcəyini vurğulayıb: 

"Neftçi"nin idarə heyətində olan adamlar da bu komandanın azarkeşidir. Yoxsa, "Neftçi"də olmağımızın motivasiyası komandaya olan sevgi, daha yaxşı olması üçün zaman və mövcud hansısa əlaqələr, resurslar, bilik-bacarıqdır. İdarəetmə tərəfdən deyirəm. Klubla bağlı 2 yol var. Bütün resursları mobiliziya edib, birinci komandaya invesitesiya edib, uğur qazanıb tərif eşitmək. İkinci məsələ... Təmirdən əvvəl bu binada olmuşduz? Ora gələndə arzu etdiyimiz klubun bazası, akademiyası, sponsor münasibəti belə olmalıdır? Azarkeşlərlə münasibəti daha yaxşı necə etmək olar? Qısa müddətli uğurlar olub futbolumuzda. Amma dayanıqlı amillər yerində olmayanda, uğurlar uzunmüddətli, iftixar doğuracaq hekayəyə çevrilıməyib. Seçim ediriksə, "Palms Sports" vasitəsilə bizə cəlb olunan maliyyə vəsaitinin ilk illərində, heç bir hissəsi əsas komandaya xərclənməyəcək.

Qarşısına hədəflər qoyan klubun özünə yaraşan bazası olmalıdır, vaqonlarda məşq etməməlidir. Resursu A istiqmaətinə yönləndirəndə, B istiqamətinə yönləndirmək olmur. Niyyətim o deyil ki, geriyə qayıdım. Amma başlanğıc nöqtəsi də vacibdir. Bu bir prosesdir. Əgər dayanıqlı nəticələrin olmasını istəyiriksə, səbirli olmalıyıq. Uduzmaq heç bir azarkeşin xoşuna gəlmir. Mənim də, həmçinin. Başa düşürük. "Neftçi" azarkeşləri də başa düşməlidir ki, hisslərimiz onların hisslərindən fərqli deyil.  Sadəcə yanaşmada fərq ola bilər. Bugünkü tədbir sübutdur. Azərbaycan futbolu üçün irəliyə doğru addımdır. Maliyyə dayanıqlığılı üçün sponsor fərqliliyi yaratmaq lazımdır. Komanda ruhu bir yerdə olmaq deməkdir. Baza, filan hamısı komandanın uğuruna tövhə verəcək. Akademiya çox vacib məsələdir. Bütün xərcləri yalnız 1-ci komandaya yönləndirib, daha yaxşı nəticə göstərmək olar. Amma müəyyən etməliyik ki, biz klubuq, yoxsa hansısa ötəri uğurun arxasınca dönən insanlar? Səbirli olmaq çətin işdir. Klub udanda yanında olmaq asandır. Amma klubun uğursuz vaxtında yanında olmaq doğru-dürsüt azarkeşə yaraşan məsələdir. Son dövrlərdə nəticələr ürəkaçan olmayıb, amma yenə də insanların "Neftçi"yə azarkeşlik etməsi dəyər verdiyimiz məqamdır. "Hər şey gəlib-keçir, "Neftçi" əbədidir". 

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.

Birinci Liqa: "Mingəçevir" "Qaradağ Lökbatan"a qarşı - YENİLƏNİR Azərbaycan Kuboku: Son 20 mövsümün antirekordu Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabərdir" “Sabah”dan bir ilk Azərbaycan Kuboku: “Sumqayıt” 10-cu dəfə sülhə razılaşıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see276

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see225

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see218

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see217

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see213

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see211

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see210

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see207

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see206

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see205

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see202

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see199

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see198

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see197

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see194

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see194

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri