Icma.az
close
up
RU
Erməni mühəndis dedi ki, Bakının kanalizasiya sistemini elə günə qoymuşuq ki, 30 40 ildən sonra...

Erməni mühəndis dedi ki, Bakının kanalizasiya sistemini elə günə qoymuşuq ki, 30 40 ildən sonra...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Xalq Cəbhəsi hakimiyyətə gələn vaxtlar mən Kinostudiyada rəhbərlik edirdim. Bir ermənini tutub ora gətirmişdilər. Erməni 50-55 yaşlarında bir kişi idi. Çox qəribədir ki, o adam Bakının kanalizasiya sistemi üzrə məşhur mühəndis imiş. Təmiz bizim dildə danışırdı. Ona bir az isti münasibət göstərdim. Mənə dedi ki, “sənə bir şey deyim”. O mənə dedi ki, Bakının kanalizasiya sistemində bizim ermənilərdən ibarət böyük qrupumuz çalışır. Bizə dəstək verən rus işçiləri də var. Bakının kanalizasiya sistemini elə günə qoymuşuq ki, inşallah 30-40 ildən sonra görəcəksiz ki, Bakı öz-özünə çökdü".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Bakıda yağıntılı havadan sonra yaranan acınacaqlı vəziyyətdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bu söhbət olanda hələ tikililər yox idi.

"Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bakıda əlavə tikinti aparmaq olmaz. Tikilən evlər xalqın, şəhərin faciəsidir. Bakıda təmizlik işləri aparılmalıdır. “Kubinka” Azərbaycanın ən gözəl istirahət zonası edilməlidir. Camaat nəfəs almalıdır. Vicdansızlar evlər tikib şəhəri pis günə qoyurlar. Niyə bunlara icazə verilir? İllərdir televiziyada yalvarırlar ki, filan yerdə ev var, alın. Millət hansı pulla ev alacaq? Buna görə şəhərimizə yaraşmayan tikintilər dayandırılmalıdır. Ev tikilirsə, zəhmət çəkib kanalizasiya sistemi yaratsınlar. Pis vəziyyətdə olan kommunikasiya, kanalizasiya sistemlərini yükləyirlər, nəticədə bir gün Bakı çökəcək, hamımız daş-kəsək altında qalacağıq.

Bakının müdafiə komitəsini yaradan zaman üstümə min yerdən töküldülər. Bakıda tikinti aparmaq lazım deyil, əksinə, çoxunu sökmək lazımdır. Bakıda olan milyonlarla boş ev əhaliyə paylanmalıdır".

Xalq artistinin sözlərinə görə, tikintilərin hamısı xalqdan oğurlanan pullarla tikilib.

"Yeraltı strukturlar yenidən qurulmalıdır. Ölkə rəhbərliyinə, Bakının sahiblərinə, ziyalılara, elm, sənət, mədəniyyət xadimlərimizə müraciət edirəm: Bakı təhlükə altındadır. Bina tikirlər, amma altında qaraj yox, camaat küçədə qalır. O vaxt ulu öndər demişdi ki, ilk olaraq binaların altında qarajlar olmalıdır. Sırf 3-4 nəfər tikinti işləri aparır. Zövqlü, səviyyəli adamlara imkan vermirlər. Bunların arxasında böyük maraqlar var. Maraqlar ifşa olunub, dayandırılmalıdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri