Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Erməniəsilli şəxslərin təhvil verilməsini yalnız “cinayət cəza” prizmasından baxmaq doğru olmaz Elnarə Akimova

Erməniəsilli şəxslərin təhvil verilməsini yalnız “cinayət cəza” prizmasından baxmaq doğru olmaz Elnarə Akimova

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.

Bunlar Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyandır.

Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.

Cəmiyyət bu addımı birmənalı qarşılamır.

Bəs görəsən, reallıq necədir?

Azərbaycan tərəfi niyə belə bir addım atıb?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O bildirib ki, bu qərara yalnız “cinayət–cəza” prizmasından baxmaq doğru olmaz.

“Bəli, sözügedən şəxslər barəsində konkret müharibə cinayətləri, qətllər, işgəncələr və silahlı birləşmələrdə iştirakla bağlı hüquqi müstəvidə təsdiqlənmiş faktlar və sübut bazası mövcud idi. Bu, nə Azərbaycan cəmiyyətinə, nə də dövlət qurumlarına naməlum məsələdir. Lakin dövlət bəzən tam haqlı olduğu halda belə, daha böyük siyasi və strateji məqsədlər naminə fərqli qərar verə bilər”,- deyə o bildirib.

Akimova, həmçinin bildirib:

“Düşünürəm ki, bu addım Ermənistan rəhbərliyinin son dövrlər Azərbaycana qarşı nisbətən daha loyal və praqmatik mövqeyinə verilmiş açıq siyasi jestdir. Xüsusilə 8 avqustda ABŞ-də imzalanmış sənəd fonunda bu qərar təsadüfi deyil. Azərbaycan bununla göstərir ki, regional sabitlik, post-münaqişə mərhələsinin idarə olunması və uzunmüddətli sülh perspektivi onun üçün taktiki emosiyalardan daha önəmlidir. Bu, qalib dövlətin özünəinamla atdığı addımdır. Burada söhbət təslimçilikdən yox, qarşılıqlı siyasi məsuliyyətin formalaşdırılmasından gedir. Azərbaycan mesaj verir: “Biz humanist addım atırıq, indi növbə sizindir.” Bu jest Ermənistan tərəfinin manevr imkanlarını daraldır, onu daha məsuliyyətli davranmağa məcbur edir. Çünki bundan sonra istənilən destruktiv addım artıq “humanitar arqumentlərlə” əsaslandırıla bilməyəcək”.

Parlamentari son olaraq deyib:

“Digər tərəfdən, bu qərar Azərbaycanın beynəlxalq hüquq və humanitar normalara selektiv deyil, ardıcıl yanaşdığını göstərir. Ermənistan illərlə Azərbaycanı “qeyri-humanist davranışlarda” ittiham etməyə çalışıb. İndi isə faktlar göstərir ki, Azərbaycan hətta özünə qarşı ağır cinayətlər törətmiş şəxslərlə bağlı belə, humanist və siyasi məsuliyyətli davranış sərgiləyir. Bu, informasiya və diplomatik müstəvidə Bakının mövqeyini gücləndirir. Mənim fikrimcə, ən vacib səbəb, bu addım cinayətlərin unudulması və ya bağışlanması demək deyil. Tarixi və hüquqi qiymət verilib, faktlar sənədləşdirilib, arxivləşdirilib. Azərbaycan bu şəxsləri buraxmaqla öz mövqeyindən geri çəkilmir, sadəcə göstərir ki, artıq mərhələ dəyişib – müharibə mərhələsindən post-münaqişə və regional siyasi mərhələyə keçilib. Nəticə olaraq demək olar ki, bu təhvilvermə zəiflik yox, güc nümayişidir, güzəşt yox, hesablanmış siyasi jestdir, unutqanlıq yox, strateji yaddaşdır, emosional qərar yox, dövlət ağlıdır. Azərbaycan bu qərarla bir daha sübut edir ki, qalib dövlət yalnız döyüş meydanında yox, siyasi masada da üstün olur”.

Orxan
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri