Icma.az
close
up
RU
Ermənilərin aldatdığı kürdlər: Laçın Kürd Respublikası tələsi...

Ermənilərin aldatdığı kürdlər: Laçın Kürd Respublikası tələsi...

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qədimdə Azərbaycanın qərbində hazırkı Ermənistan ərazilərində xırda kürd etnik qrupları gəlib məskunlaşib.ABS tarixçisi Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olub. Eradan əvvəl isə bu ərazilərdə midiyalılar məskən salıblar.

Birinci Dünya müharibəsinə qədər həmin ərazilər kürdlər tərəfindən məskunlaşdırılır. Üstəlik kürdlərlə midiyalıların eyni kökdən olduğunu bildirən alim, onları kürdlərin əcdadı olan prokürdlər adlandırır.

Monoetnik olmaq istəyən Ermənistan ideyaları və kürd əngəli

Müasir Ermənistanda 1877-1878-ci illərdə yezidi icması formalaşmağa başlayır. Yəni rus-türk müharibəsi zamanı minlərlə yezidi kürdü şərqə üz tutur. İkinci miqrasiya isə Birinci Dünya müharibəsi zamanı baş tutur. Onlar əsasən Ermənistanın Araqaçotn, Armavir, Ararat, Şirak, İrəvan şəhəri ətrafı, Gümrü, Vağadnazor, Abovyan, Dilican və Taşir ətrafı ərazilərə köç edirlər.

1980-ci illərdə yezidi icmasının bəzi liderləri hakimiyyətdən yezidilərin müstəqil və ayrı bir millət kimi tanınmasını tələb edirdilər. 1989-cu ilin son sovet siyahıyaalmasına görə, əvvəllər kürd hesab edilən 60.000 nəfərdən 52.700-ü özlərini yezidi kimi tanıyıb . 1989-cu ildən etibarən siyahıyaalmalarda kürdlər və yezidilər ayrı-ayrılıqda hesablanır və kurmanc dilinin ləhcəsi olan yezidi ləhcəsi ayrıca dil hesab olunur.

Ermənistan Respublikasının 2011-ci il siyahıyaalınmasına əsasən, Ermənistanda 35 308 yezidi və 2 162 kürd sakin yaşayır. Hazırda Ermənistanda yezidi kürdlər 4 ictimai birlikdə birləşib: Kürd Ziyalılar Dərnəyi, Kürdüstan Komitəsi, Erməni-Kürd Dostluq Dərnəyi və Yezidi Milli Birliyi.

Laçın Kürd Respublikası?????

Ermənilər monoetnik Ermənistan ideyasını hələ 1960- çi illərdən ortaya qoysalar da buna müvəffəq ola bilmirdilər. Erməni ideoloqları o bu planı sovet hökumətinin cokusundən sonra həyata keçirməyə basladilar. 1988-89-cu illərdə Azərbaycan türklərinə qarşı duzənlədikləri deportasiya beynəlxalq aləmdə razılıqla qarşılanmadığı üçün ermənilər bu səbəbdən kürdləri ölkədən deportasiya edə bilmədi.. Növbəti plana ehtiyac vardi. Çünki artıq Azərbaycan və Ermənistan arasında münaqişə və müharibə başlamışdı. Odur ki Əli silah tutan bütün kürdləri müharibəyə cəlb etmək lazım gəldi. Bunun üçün yarandıqları gündən " Böyük Kürdüstan " eşqi ilə yaşayan kurdlərə Azərbaycan torpaqlarında kürd dövləti yaratmaq vədi verildi!

Demək olar ki, kürdlər özlərini bu vədə o qədər inandirdilar ki, hətta İrak, İran, Suriya və Livandan kürdlər gələrək erməni ideoloqları ortaya atdığı "Laçın Kürd Respublikası" uğrunda döyüşlərə atıldılar.

1992- çi ilin may ayında Şuşa və Laçın işğal olmamışdan çox əvvəl artıq kağız üzərində kürd respublikasının prezidenti və digər vacib struktur rəhbərləri məlum idi. Şərqdə nə qədər kürd vardısa artıq yeni kürd respublikasına fokuslanmışadilar.

20 may - Laçın Kürd Respublikası quruldu

20 may 1992-ci il də burada qalan təxminən 60 kürd ilə birlikdə Laçın Kürd Respublikasının qurulduğunu elan edirlər. Həmin kürd qrupu Laçın, Qubadlı və Kəlbəcər rayonlarını əhatə edən bir kürd muxtariyyəti qurmaq istəyirdi. SSRİ dövründə Qazaxıstanda KQB agenti kimi işləyən Vəkil Mustafayev bu respublikanın baş naziri seçilir.Hətta Karlan Çaçani Mədəniyyət Naziri, Emerike Sərdar İnformasiya Naziri və Şərəf Əşir Baş nazirin müavini elan edilir. Laçın Kürd Respublikasının qurulduğunu elan edən bu qrup Laçın şəhərində Kürdüstan bayrağı ucaldılır.

Bu dünyaya onu sərgiləyirdi ki, təkcə ermənilər yox, kürdlər də Azərbaycanlan müstəqillik uğrunda mübarizə aparır.

Nəhayət, bölgədə kürdlərin olmamasını dəlil gətirən Ermənistan hökuməti respublikani ləğv edir.Bir həfta yaşamayan respublika çökür. Kürd diaspor təşkilatları nə qədər çalışsa da bu prosesə qarşı dura bilmirlər. Çünki ermənilər Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq yolunda güclü kurt terror birləşmələrindən və diaspor qüvvələrindən kifayət qədər yararlanaraq Artsaxı yaratdılar.. Təbii ki tulkudən bic olan ermənilər elə zəngin torpaqları korazehin , xəyalpərəst və emosional kürdlərə verməzdi.

P.S.Necə deyərlər, tülkü sarsaq qarğanın aldadıb, pendirini əlindən aldı .

Əntiqə Rəsid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri