Icma.az
close
up
RU
“Ermənistan Azərbaycana qarşı yeni təbliğat müharibəsinə hazırlaşır” Türkiyə nəşri

“Ermənistan Azərbaycana qarşı yeni təbliğat müharibəsinə hazırlaşır” Türkiyə nəşri

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan İrandan təkcə silah və pilotsuz uçuş aparatları deyil, həm də media və psixoloji döyüş texnikaları baxımından dəstək alır.

Bu barədə Türkiyənin “Türkiye Gazetesi” Azərbaycandakı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə Araz çayı sahilində keçirilən birgə təlimin görüntülərinin dərcindən sonra nəşrə danışan təhlükəsizlik mənbələri Ermənistanın İransayağı təbliğat üsullarını mənimsədiyini və Azərbaycana qarşı yeni təbliğat müharibəsinə hazırlaşdığını iddia edib.

“Ermənistan və İranın Araz çayı sahilində keçirdiyi birgə hərbi təlimdən yayılan ilk görüntülər təkcə meydanda hərbi fəaliyyətlə məhdudlaşmır. İstifadə olunan dil, redaktə və montaj üsulları İran İnqilabı Keşikçiləri Korpusunun psixoloji müharibə məzmunu ilə oxşarlığı ilə seçilirdi. Ermənistanın İranın dəstəyi ilə hazırladığı yeni videolar Azərbaycanı birbaşa hədəf kimi göstərəcək. Videolarda mesaj dili şüurlu şəkildə seçilib və Ermənistan İranın media strategiyalarını özünə nümunə kimi qəbul edib”, - deyə nəşrə danışan mənbə bildirib.

Antalya Diplomatiya Forumunda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Əziz Ələkbərli bu hadisələrin təkcə hərbi təhlükə yaratmadığını, həm də Azərbaycana qarşı informasiya əməliyyatlarının İranın dəstəyi ilə həyata keçirildiyini bildirib.

“Emənilər təkcə azərbaycanlıları öz doğma yurdlarından didərgin salmayıblar, onlar həm də tariximizə, mədəni irsimizə, kimliyimizə hücum edirlər. İndi Ermənistan İranla həyata keçirdiyi bu yeni psixoloji müharibə strategiyası ilə hücumlarını başqa ölçüyə aparır”, -deyə o, qeyd edib.

Ə. Ələkbərli Qərbi Azərbaycandan zorla qovulmuş yüz minlərlə Azərbaycan türkünün vəziyyətini gündəmə gətirib:“1987-1991-ci illər arasında 300 mindən çox Azərbaycan türkü öz torpaqlarından zorla çıxarılıb. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Təkcə xalqımız yox, həm də tarixi abidələrimiz, əcdadlarımızın məzarları dağıdılıb. Bu, təkcə Azərbaycana deyil, həm də bəşəriyyətin ortaq mədəni irsinə hücumdur”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri