Icma.az
close
up
RU
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”

“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Reallıq ondan ibarətdir ki, erməni ordusu bundan sonra 20 ildə hazırlaşsa, Azərbaycan ordusuyla qarşı-qarşıya gəlmək potensialında və gücündə ola bilməyəcək..."

“Mən qəti əminəm ki, 2020-ci il müharibəsinin dərsindən ibrət götürən Ermənistan Azərbaycana qarşı heç vaxt, heç bir halda müharibəyə başlamaz və başlaya bilməz...”

“Ordumuz həm 2020-2023-cü illərdə Qarabağ və Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda ən yeni savaş silah və texnologiyaları təcrübədən keçirməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi zamanı tətbiq edilən ən müasir texnika və texnologiyaları da, yeni döyüş üslublarını da mənimsəyir. Azərbaycan ordusu NATO ölkəsi olan Türkiyə ordusu ilə birgə mütəmadi, ildə azı iki dəfə hərbi təlimlər keçir. Bütün bunlar göstərir ki, Milli Ordumuz yerində saymır, inkişaf edir...”

“Ermənistanın guya Azərbaycana qarşı savaşa, hücüma hazırlaşması haqda deyilənlər tamamilə hərbi işdən, hərbi əməliyyatlardan, qüvvələr nisbətindən və dəqiq təhlildən başı çıxmayan adamların əsassız fikirləridir. Reallıq ondan ibarətdir ki, erməni ordusu bundan sonra 20 ildə hazırlaşsa, Azərbaycan ordusuyla qarşı-qarşıya gəlmək potensialında və gücündə ola bilməyəcək. Yada salaq ki, 1994-cü ildə Qarabağda hərbi əməliyyatlar dayanandan sonra ermənilər yeni müharibəyə hazırlaşmağa başladılar: səngərlər qazdılar, güclü istehkamlar tikdilər. Rusiyadan və digər ölkələrdən yeni silah və texnikalar aldılar, zabitlərini Rusiyanın Frunze adına hərbi akademiyasında oxutdular, onlar da Ermənistana və Qarabağa leytenant kimi gəlib 26 ildə polkovnik və generaladək yüksəldilər, xeyli təlimlər keçdilər. Amma bütün bunlara baxmayaraq 2020-ci ilin 44 günlük savaşında Azərbaycana məğlub oldular. Çünki qüvvələr nisbəti qəti şəkildə bizim tərəfimizdə idi və indi də belədir”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında “Bəzi ekspertlər 2020-ci ildə Azərbaycan tərəfindən ordusu darmadağın edilmiş, kapitulyasiya aktına imza atdığı deyilən Ermənistanın guya artıq yenidən ölkəmizə hücuma hazırlaşdığını söyləyirlər. Sizcə, mövcud qüvvələr nisbətində bu, nə dərəcədə realdır?” sualını cavablandıran politoloq Zərdüşt Əlizadə dilə gətirib.

“Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur, Ermənistanınkı isə cəmi 2 milyondur. Yəni əhalimiz onlardan 5 dəfə çoxdur. Bu da o deməkdir ki, müharibə şəraitində Azərbaycanın səfərbərlik imkanları Ermənistanınkından 5 dəfə artıqdır. Eyni zamanda ölkəmizin pulu çoxdur və deməli, müasir silahlar almaq imkanı var. Düzdü, ordumuzda hələ də müəyyən nöqsanlar olsa da, əvvəlki dövrlərdən, xüsusən Səfər Əbiyevin nazir olduğu vaxtlardan xeyli dərəcədə inkişaf edib və nizam-intizam güclənib. Oğlum o nazirin dövründə hərbi xidmət keçdiyindən çox şeyin şahidi olmuşam... İndi isə artıq zabitlər, generallar arasında müəyyən bir rəqabət gedir ki, kim komandiri olduğu hərbi birləşməyə daha yaxşı rəhbərlik edir. Hikmət Mirzəyev kimi bir neçə general var ki, hamı onların vətənpərvər və bacarıqlı olmasından əmindir...

Ordumuz həm 2020-2023-cü illərdə Qarabağ və Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda ən yeni savaş silah və texnologiyaları təcrübədən keçirməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi zamanı tətbiq edilən ən müasir texnika və texnologiyaları da, yeni döyüş üslublarını da mənimsəyir. Azərbaycan ordusu NATO ölkəsi olan Türkiyə ordusu ilə birgə mütəmadi, ildə azı iki dəfə hərbi təlimlər keçir. Bütün bunlar göstərir ki, Milli Ordumuz yerində saymır, inkişaf edir. Bu səbəbdən, bir daha təkrar edirəm, Ermənistan ordusu nə qədər çalışsa da, xaricdən dəstək alsa da, potensialı ondan 5 qat gücül olan Azərbaycan ordusu ilə rəqabət apara bilməz. Hətta ağlı çaşıb bizimlə savaşa başlasa, sürətli məğlubiyyətə düçar olar. Ona görə də mən qəti əminəm ki, 2020-ci il müharibəsinin dərsindən ibrət götürən Ermənistan Azərbaycana qarşı heç vaxt, heç bir halda müharibəyə başlamaz və başlaya bilməz. O başqa məsələdir ki,  evlərində divanda rahat oturub “Zəngəzur bizimdir, İrəvan bizimdir” deyən, yazan bizdəki populistlərin təhriki ilə hansısa macəraçı bir yanlış addım atsın. Ancaq əminəm ki, hazırkı beynəlxalq geo-siyasi durumu düzgün dəyərləndirən Azərbaycan rəhbərliyi buna heç cür imkan verməz”, -deyə Zərdüşt Əlizadə davamında bildirib. 

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri