Əsədi Moskvada nə gözləyir? Keçmiş Ukrayna lideri ilə qonşu ola bilər AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, müxalif qrupların başlatdığı hərbi əməliyyatlar Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnib. Keçmiş Suriya Prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərinə qaçıb.
“AzPolitika” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi razılığı əsasında sığınacaq verilən Əsədin gəlcək taleyi bir çoxları tərəfindən maraqla izlənilir.
Rusiya mətbuatının yazdığına görə, həyat yoldaşı Esma və uşaqları Hafiz, Zein və Kərim ilə Moskvaya qaçan Əsəd burada “City of Capitals” kompleksində hazırkı dəyəri təxminən 60 milyon dollar olan 18 mənzilə sahibdir. Əsədin Ukraynadan qaçan keçmiş prezident Viktor Yanukoviçlə eyni küçədə qonşu ola biləcəyinə dair iddialar belə var.
Böyük Britaniyanın “The Telegraph” nəşri yazır ki, bundan sonra Bəşər Əsədi Moskvada dəbdəbəli bir həyat gözləyir.
Təbii ki, Bəşər Əsəd Moskvada sürgündə dəbdəbəli həyat sürərkən, Suriya xalqının yaşadığı dağıntılar və ağrılar sadəcə tarixin qaranlıq səhifəsi kimi yadda qalacaq...
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















