Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

“Eşitdiklərimdən, gördüklərimdən...” “Laçında... Nədənsə ona Quru Kərim deyərdilər...”

“Eşitdiklərimdən, gördüklərimdən...” “Laçında... Nədənsə ona Quru Kərim deyərdilər...”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

                                                             

“Səttar müəllim, o kənd sənin, bu kənd mənim, məktəbləri gəzə-gəzə gəlib çıxır Dambulaq kəndinə...”

Bu gün – 5 mart Laçın rayonunun, Bağırbəyli elinin, Ağanus kəndinin sayılıb-seçilən ziyalılarından biri, mərhum Əslixan Hüseynoğlunun doğum günüdür.  31 avqust 2024-cü ildə doğma və əzizlərinin gözləmədiyi bir vaxtda bu fani dünyadan köçünü çəkməsəydi- 76 yaşı olacaqdı...

Allah rəhmət eləsin!..

İki roman müəllifi olan Əslixan müəllim bir ziyalı, müəllim, pedaqoq və yazıçı kimi ciddi olduğu qədər də qeyri-adi yumor və satira hissinə malik bir insan idi. Elə onu tanıyanların, o cümlədən orta məktəbdə ondan dərs almış bu sətirlərin müəllifinin xatirəsində Əslixan müəllim həm də bu cəlbedici cizgiləri ilə qalıb...

Bunu nəzərə alaraq övladları, bacı-qardaşlarının hər il şadlıqla qeyd etdikləri doğum günündə Əslixan Hüseynoğlunu onun çapa getməmiş və əsasən Laçın rayonunda müəllim və Təhsil Şöbəsinin əməkdaşı kimi işləyərkən şahidi olduğu gerçək olaylar əsasında qələmə aldığı “Eşitdiklərimdən, gördüklərimdən...” adlı toplusundan bir neçə yumor, satira duyumlu hekayəni Moderator.az oxucularının nəzərinə çatdırırıq.

Eşitdiklərimdən,  gördüklərimdən…                         

  Salam

İkinci dünya müharibəsinin yenicə qurtardığı, ölkədə böyük kadr çatışmazlıığının olduğu və az-maz savadı olanların   məktəblərə müəllim təyin edildiyi illərdə  Abbasqulunu  Laçının Dambulaq  ibtidai  məktəbinə müəllim təyin edirlər. O  zamanlar maarif şöbəsində   inspektor vəzifəsində işləyən Səttar müəllim payızın  sonlarında  məktəbəri  yoxlamağa çıxır. O   dövrdə rayonda cəmi on-on beş maşın varmış  və üstəlik bir çox kəndlərə heç maşın yolu  çəkilməyibmiş. Buna görə də rayonun  məsul işçiləri  əksər  kəndlərə atla gedərmişlər.

Əlqərəz, Səttar müəllim, o kənd sənin, bu kənd mənim, məktəbləri gəzə-gəzə gəlib çıxır Dambulağa. Kəndin məktəbi qədimdən qalma bir qaradamada yerləşirmiş. İnspektor həmin  tikiliyə yaxınlaşanda içəridən uşaqlarin qatma-qarışıq hay-küy səslərini eşidir. Əvvəl elə bilir ki, orada  müəllim yoxdur. Yaxınlaşdıqca aradabir qulağına müəllimin də səsi gəlir: “Sakit!”,“Kəsin səsinizi!”.  Səttar müəllim  qapını döyür, Abbasqulu  müəllim ucadan və əsəbi: “Gəl!”— deyir.  İnspektor  içəri  girəndə   şagirdləri  idarə  edə  bilmədiyindən, halı özündə  olmayan  müəllim lap dolaşır. Səttar  müəllim  görür ki, burada  hər yaşdan   olan  uşaq  var; adı  ibtidai  məktəb olsa da, 7 yaşdan tutmuş 16-17 yaşa kimi. Özü  də  müəllim siniflərə  cüt-cüt, iki  növbədə dərs keçmək əvəzinə, dörd sinfin  şagirdini yığıbdı bir yerə. O  bu məsələyə   görə  müəllimi  tənbeh etməyi sonraya saxlayıb, qaydaya uyğun: “ Salam, uşaqlar!”— deyir. Bu naməlum “qonağın” içəri girməsi ilə ani olaraq səslərini kəsib sonsuz maraq və qorxu dolu baxışlarını ona zilləmiş uşaqlar, bu sözləri eşidər-eşitməz, hamılıqla yerlərindən qalxib inspektorun üstünə cumur, bir-
birini itələyə-itələyə  əllərini ona doğru uzadırlar: “Salam!”,  “Salam!”,  “Salam!”...

Bu qəfləti “hücum” və qarışıqlıqdan  inspektor özünü  itirir. Bunu görən  Abbasqulu  müəllim   dərhal  onun  köməyinə çatır;  yanında  saxladığı  çubuğu  stolun üstünə  döyəcləyə-döyəcləyə uşaqlara təpinir: “Oturun yerinizdə!”. Müəllimlərinin nəyə  hirsləndiyini  heç də  anlamayan  sagirdlər  tez  keçirlər öz yerlərinə. Səttar müəllim  özünə  gələr-gəlməz  narazılıqla:  “Müəllim, sən bu uşaqlara  salam vermək qaydasını öyrətməmisən?”— soruşur.

Bu qaydadan (Müəllim sinfə daxil olarkən şagirdlərin ayağa qalxması və o, “Salam,uşaqlar!” dedikdə, şagirdlərin də hamılıqla “Salam, müəllim!” deməsi qaydasından)  hələ özü  də xəbərsiz olan  müəllim  elə başa düşür ki, inspektor  şagirdlərin ədəblə,  bir-bir irəli    çıxıb əl verməyi  bacarmadıqlarına işarə vurur. Uşaqların  əlindən neçə aydan bıri  boğaza  yığılmış  Abbasqulu  müəllim    bu sözləri eşidəndə bomba  kimi  partlayır:

-Əşi, bınnar salam verməli məxluqdu?  Özün  gördün  ki!..  Bir salam verdin, az qalmışdılar səni  tapdalayıf  öldürələr!!.

 Oğurluq

 Uzun  müddət  təhsil şöbəsində işləmiş  yaxın dostum  mərhum  Yusif müəllim şöbənin  digər  bir işçisi ilə rayon mərkəzindən xeyli uzaq olan bir neçə məktəbə ezam edilibmiş. Bu məktəblərdən   birində yoxlama apardıqları ilk günün axşamı direktor onları öz evinə  dəvət edir və həyətə çatan  kimi  bir toyuq kəsib verir arvadına ki, tez yemək hazırlasın, qonaqlar  acdılar... 

Bu evin yalnız bir otağında soba varmış.  Ev sahibi və qonaqlar həmin otaqda əyləşirlər. Bir az keçmiş direktorun  arvadı  içərisində toyuq  əti və su olan iri bir qazanı gətirib qoyur sobanın üstünə.Hava  qaralar-qaralmaz gəlhagəl başlayır; qonşular, müəllimlər, kəndin briqadiri, sovet sədri, mühasib...  Rəhmətlik Yusif ayiq adamdı: baxır ki, içəriyə hər təzə  qonaq  girəndə qadın qazanın qapağını qaldırıb  içinə  su  tökür.

 Qışın uzun gecəsi, ucqar  dağ kəndinin çoxdan bəri qonaq görməyən adamları, yorucu söhbətlər və ac qonaqlar.. Axır ki,  yemək hazır olur, süfrəyə  turşular,  içkilər qoyulur. Bura o qədər adam  yığışıbmış ki, biçarə  qadn hərəyə  yalniz bir tikə ət  və  bir  kartof  bölüşdürə  bilir. Hörmət əlaməti  olaraq toyuğun budları  qonaqlara verilir. Yusif görür ki, hamı  çörəyini  xörəyin suyuna batırıb yeyir, qismətinə düşmüş bir tikə əti sonraya  saxlayır. O, ac olduğu  üçün toyuğun budundan  başlayır. Bir az keçmiş qəflətən işıqlar sönür. Ev sahibləri lampa hayında ikən bir neçə adam kibrit çəkib otağı  işıqlandırır.  Yanında əyləşənlərdən biri də kibrit yandıranda Yusif tez üfürüb alovu söndürür və  özü  ilə üzbəüz oturmuş iş  yoldaşının  boşqabından  toyuq budunu  götürüb öz qabındakı  suyun altında gizlədir. Çox  şəkmir, lampanı yandırıb gətirirlər otağa, məclis yenidən davam edir. Yusifin gözü  iş yoldaşındaymış; o öz boşqabında budu görməyəndə qapqara 
qaralır, qaş-qabağını töküb əlini süfrədən  çəkir. Yusif  gülə-gülə  ona doğru əyilib  astadan:  “Ə, narahat olma, yeməyini  ye! Bud məndədi,-- deyir.

  "Çıkıtma"                                                                  

  Ya arıqlığına, ya adamlarla ünsiyyətdən  çəkindiyinə, yayaşı çox ötsə də, evlənmədiyinə görəydi, bilmirəm, ona  Quru  Kərim deyirdilər. Həmişə şalvarının  balağını  corablarının içinə salar,  yayın qızmar havalarında belə, papağını başından çıxarmaz,  əyninə nimdaş bir  pencək, qışda  köhnə, süzülmüş  palto geyinərdi. O, harda  beyninə  versə, orda tütək çalardı;  küçədə  getdiyi yerdə, oturduğu yerdə... Tütəyi də həmişə pencəyinin cibində olardı.

Laçında  Quru  Kərim kimi, yaşları  xeyli ötsə də, ailə həyatı qurmayan adamlar vardı. Belələrindən biri  də  rayonun məsul vəzifə  sahiblərindən olan  Mələk xanımdı. O, həqiqətən, yaraşıqlı, xoşsifət, şirindil və  xanım-xatın bir qadındı. Evlənməməsinin səbəbi, bəlkə də, gənc yaşlarından müxtəlif rəhbər vəzifələrdə  işləməsi  idi.

Bir gün  Mələk xanım küçədə gedərkən Quru  Kərimlə rastlaşır. O , yan-yörəni xamuşluq   görüb,  Kərimə sataşmaq fikrinə düşür:
            --  Nə  təhərsən, ay  Kərim?
            -- Sağ ol, dolanıram.
            --  Kərim!.. Deyirəm,  görən, nə təhər  olajax, sən də  bu  dünyadan nakam  gedəssən, 
mən də.
            -- Yox, heylə dəyil!  Sən, heç olmasa, aradabir  çıkıtma eləmisən,-- Kərim  şəhadət bar-
mağını ağzına  soxub  çıxarır  və  Mələk  xanımın  gözləri  bərabərində yuxarı qaldırır,-- amma 
mən bax belə gedəjəm...
(Davamı var)

24 fevral 2017-ci il

Müəllif: Əslixan Hüseynoğlu

Təqdim etdi: Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri