Icma.az
close
up
RU
Ev almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlərlə bağlı VACİB XƏBƏR

Ev almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlərlə bağlı VACİB XƏBƏR

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu yenidənqurma proseslərinin şəhərin infrastrukturu və yaşayış mühiti ilə yanaşı, mənzil bazarında da əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyi deyilir.
Mütəxəssislər hesab edirlər ki, yeni müasir binaların inşası əmlakın qiymətləri üzərində həm müsbət, həm də mənfi təsirlər yarada bilər. Nəzərdə tutulan layihələrin icrası nəticəsində mənzil bazarına olan tələbin artması, qiymətlərin yüksəlməsi və ya daha əlverişli təkliflərin meydana çıxması kimi aspektlər də müzakirə edilən məsələlərdəndir.
Bəs, sözügedən plan mənzil bazarında qiymətlərə necə təsir edəcək? 
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya danışıb.
"Buna bənzər pilot adlı layihələrin həyata keçirilməsi kimi praktika artıq mövcuddur. Nazirlər Kabinetinin də bu barədə qərarı var idi. Qərara əsasən, hər rayon öz ərazisində olan köhnəlmiş yaşayış binalarının yenilənməsi üçün tikinti şirkətlərini cəlb edirdilər. Şirkətlər də onların yenilənməsi istiqamətdə işlər aparırdılar.
2016-2019-cu illərdə həm özəl sektorlar, həm də dövlətdən ayrılmış vəsait hesabına daşınmaz əmlak bazarında canlanma qeydə alındı, aktivlik müsbət mənada artdı və tikinti şirkətləri arasında rəqabət artdığı üçün irəliləyişlər oldu.
Nəsimi, Nərimanov, Yasamal əraziləri və müxtəlif yerlərdə hazırda gördüyümüz yeni tikilmiş binaların əksəriyyəti elə məhz həmin dönəmdə ərsəyə gəldi. Lakin 2020-ci ildən etibarən tikinti şirkətlərinin arasında rəqabət azaldı və qiymətlər yenidən artırıldı”, - o, deyib.
Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında mənzil qiymətləri ilə bağlı müsbət addımların atılması proqnozlaşdırılır.
“Tikinti şirkətləri arasında yenidən rəqabətlilik yaradılsa, bu sektora həm özəl, həm də dövlət şirkətləri tərəfindən investisiyalar yatırılsa, zamanla müsbət nəticə proqnozlaşdırılır. Tikinti şirkətlərinə də yaşıl işıq yandırılsa, rəqabət olsa müsbət tendensiya olacaq”,- deyə E.Azadov vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri