Fazil Mustafanı Şah İsmayıla görə Milli Məclisə şikayət etdilər
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Deputat Fazil Mustafanın Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər ətrafında mübahisələr davam edir.
Modern.az xəbər verir ki, deputatın fikirlərindən narazı qalan Həşimzadə Namiq Ramiz oğlu məsələ ilə bağlı Milli Məclisə müraciət edib.
Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi avqustun 14-də müraciətə cavab verib.
Cavab məktubunda bildirilib ki, Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin fəaliyyəti, həyatı və yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda fərqli yanaşma və fikirlər səsləndirilir.
“Bu kimi məsələlərə münasibət bildirərkən, eyni zamanda həmin fikirlərə qarşı əks mövqe nümayiş etdirərkən tarixi faktlara, elmi əsaslara, qarşılıqlı hörmət prinsiplərinə riayət olunması mühüm əhəmiyyət daşıyır”, – məktubda qeyd olunub.
Milli Məclis Aparatından həmçinin qeyd edilib ki, deputatların ictimai-siyasi mövzularla bağlı səsləndirdikləri fikirlər onların şəxsi mövqeyini ifadə edir.
“Müraciətinizdə Azərbaycan tarixinə və milli dəyərlərimizə göstərdiyiniz həssas münasibət və narahatlığınız tərəfimizdən anlayışla qarşılanmış, eyni zamanda vətəndaş mövqeyiniz nəzərə alınmışdır”, – cavabda bildirilib.
Qeyd edək ki, Milli Məclis Aparatının cavabında müraciətdə qaldırılan məsələ ilə bağlı deputat Fazil Mustafaya qarşı hər hansı tədbirin görülməsi və ya onun fikirlərinə hüquqi qiymət verilməsi barədə məlumat yer almayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 14 Avqust 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















