Icma.az
close
up
RU
“Fitch” geosiyasi hadisələrin Cənubi Qafqazın suveren kredit profillərinə təsirini qiymətləndirib

“Fitch” geosiyasi hadisələrin Cənubi Qafqazın suveren kredit profillərinə təsirini qiymətləndirib

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda xarici siyasi amillərdən asılılığı gücləndirən geosiyasi hadisələr xüsusilə Gürcüstanın (BB/Mənfi) və Ermənistanın (BB-/Stabil) suveren kredit profillərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu barədə "Report" "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Regionun üç ölkəsindən yalnız Azərbaycan investisiya reytinqinə (BBB-/Stabil) malikdir.

“Fitch” qeyd edir ki, Azərbaycanın dayanıqlı xarici iqtisadi mövqeyi onun kredit reytinqini dəstəkləməkdə davam edir. Agentlik ölkənin fiskal siyasətinin suveren xarici aktivlərin qorunub saxlanmasına yönəldiləcəyini gözləyir ki, bu da makroiqtisadi disbalansın qarşısını alacaq və neftin qiymətinin dəyişkənliyini idarə etmək üçün kifayət qədər maliyyə buferini təmin edəcək.

Bununla belə, Azərbaycanın pul siyasəti analoji ölkələrlə müqayisədə zəif olaraq qalır. “Fitch” əsas məhdudiyyətlər arasında kifayət qədər inkişaf etməmiş kapital bazarını, izafi likvidliyi, aşağı səviyyəli maliyyə vasitəçiliyini və maliyyə sisteminin yüksək dollarlaşmasının qeyd edir.

Agentlik hesab edir ki, Gürcüstanda siyasi risklərin kəskin artaraq beynəlxalq ehtiyatların azalması ilə müşayiət olunması 2024-cü ilin dekabrında proqnozun “Stabil”dən “Neqativ”ə dəyişdirilməsinin səbəblərindən biri olub. Ermənistanda Qarabağı könüllü tərk etmiş 65 minə yaxın insanın inteqrasiyası və hərbi xərclərin artırılması fiskal siyasətin ekspansiyasına və dövlət borcunun artmasına səbəb olacaq. Milli valyutanın zəifləməsi xarici valyutada öhdəliklərin böyük paya malik olduğunu nəzərə alaraq, borc yükü üçün əlavə risklər yaradır.

Bu amillərə baxmayaraq, hər üç ölkənin bank sektorları dayanıqlı və gəlirli olaraq qalır.

"Azərbaycanda 2019-cu ildən bəri bankların maliyyə göstəriciləri dollarlaşmanın azalmasına və aktivlərin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərib. Gürcüstanda siyasi gərginlik istehlakçıların inamına və yaxud bankların gəlirliliyinə ciddi təsir göstərməyib. Sektor dayanıqlı iqtisadi aktivlik, nisbətən yüksək faiz dərəcələri və aktivlərin keyfiyyətinin yaxşılaşmasından faydalanır. “Fitch” Ermənistanda bank sektorunun son üç il ərzində qeydə alınmış rekord artım tempinin qorunub saxlanılacağını proqnozlaşdırır", - hesabatda qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see140

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see138

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see134

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see133

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see131

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see130

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see127

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see125

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see124

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see123

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see123

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see120

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see119

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see117

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see117

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see116

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see114

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri