Icma.az
close
up
RU
Fortepianonun şairi adlandırılan bəstəkar Şopen Jorj Sanddan niyə ayrılmışdı?

Fortepianonun şairi adlandırılan bəstəkar Şopen Jorj Sanddan niyə ayrılmışdı?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

17 oktyabr görkəmli bəstəkar Frederik Şopenin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Frederik Şopen 1810-cu il martın 1-də Polşanın paytaxtı Varşava yaxınlığında dünyaya gəlib.

Onun doğum tarixi kilsə qeydlərində 22 fevral olaraq göstərilsə də, ailəsi bunu 1 mart olaraq qeyd edib.

Əsl adı mənbələrdə latınca Frederik Frensiszek olaraq göstərilir. Atası Nikolas Şopen 16 yaşında - 1787-ci ildə Polşaya mühacirət edən, Lotarengiyada yaşayan bir fransız, anası Castina Krzizanovska isə polyak olub.

Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları olub. Rəvayət edilir ki, Şopen hələ anasının qarınındaykən anası tez-tez piano musiqisini dinləyirmiş və bu da Şopenin musiqi istedadının formalaşmasına səbəb olan əsas amil olub.

Musiqiçi ailəsində dünyaya gələn Şopen artıq 5 yaşında sadə əsərləri pianoda ifa etməyə başlayıb.

"Sol minor polonez" əsəri o, hələ 7 yaşında olanda çap olunub. Məhz bu səbəblərə görə, onu "dahi uşaq" adlandırırmışlar.

Sonra onun müəllimi, tanınmış musiqiçi Voyçek Jivniy olub və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayıb.

Şopen böyük uğurla Ali Musiqi Məktəbini qurtarıb. Təhsil illərində o, bir çox fortepiano əsərlərini hazırlayıb. Bu zaman o, həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınıb.

Fransanın Paris şəhərində 1831-ci ildə konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verib. Elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır.

Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar - Ferens List, Berlioz, Bellini, yazıçılar - Henrix Heyne, Onore de Balzak, rəssam Ejen Delakrua ilə bir sırada çəkilməyə başlayır, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açıb.

Taleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılıb, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayıb, elə yaradıcılığında da bu hissləri ifadə edib.

O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görüb.

Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır.

Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar.

O, 1830-cu ildə baş verən Polşa üsyanına görə dərin sarsıntı keçirib və Parisə köçüb.

1832-ci ildə ilk dəfə irihəcmli konsert zalında ifa etsə də, bir o qədər də bəyənilmir. Bundan sonra isə hər əsərin konsert zalı üçün olmadığını başa düşür.

Buna görə musiqi müəllimi kimi tələbələrindən və bəstəkar kimi əsərlərindən əldə etdiyi qazanc bəs etdiyi üçün stresli konsert həyatından uzaqlaşıb.

Həmin illərdə məşhur bankir ailəsi olan Rotşildlərlə tanışlığı da onun maddi çətinliklərdən xilasına səbəb olub.

Onunla bağlı maraqlı faktlardan biri budur ki, Şopen Bethovenin öldüyü ildə sənət dünyasında tanınmağa başlayıb.

Onun barəsində sənət dünyasında bu gün də "fortepianoda oxumağı bacaran sənətkar" deyə bəhs olunur.

Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edib.

Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri - əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış.

1991-ci ildə Şopenlə Jorj Sandın görüşündən bəhs edən "İmpromptu" filmi çəkilib.

Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Ancaq reallıq onu göstərir ki, ayrılığa səbəb Şopenin vərəm xəstəliyi, yaşı irəlilədikcə əsəbi insana çevrilməsi, epileptik tutmaları, ən əsası da Jorj Sandın qızının evliliyindən sonra yaşanan müsibətlər onları ayırıb.

1848-ci ildə baş verən Paris inqilabı Şopenə ciddi təsir edib. Bu səbəblə o həmin ildə gələn İngiltərə və Şotlandiyaya səfər dəvətlərini qəbul edib yaxşılaşmaq ümidilə Fransadan gedib.

Lakin oradakı həyat - ardıcıl dərslər, rəsmi qəbul və ziyafətlər onun zəif bədənini və xəstə ruhunu daha da yorub.

Səhhətinin sürətlə pisləşdiyi bu dövrdə o, 16 noyabr 1848-ci ildə son dəfə səhnəyə çıxıb - Londondakı "Guildhall" zalında Polşa mühacirlərinin xeyrinə keçirilən yardım konsertində ifa edib.

Bu, onun həm son ictimai çıxışı, həm də vətəninə yönəlmiş son vətənpərvər jesti olub.

Sənətçi dəfnində Motsartın məşhur "Rekviyem" əsərinin səsləndirilməsini xahiş edib.

Dünya şöhrətli sənətçi 17 oktyabr 1849-cu ildə vərəm xəstəliyindən vəfat edib və Parisdəki Per-Laşez qəbiristanlığında dəfn olunub.

Onun ürəyi ölümündən sonra çıxarılaraq Polşada, Varşavadakı kilsədə saxlanılır.

Əlisəmid Kürün son vəziyyəti - Oğlundan açıqlama ​​​​​​​"Alverimdi, can alveri, həm qabağam, həm geri" - Murad Köhnəqalanın şeiri Türk yazıçıya ən yüksək dövlət ordeni verildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri